Yeni Səhifə

Damaq və diş xəstəliklərinin profilaktikası

Tarix:8-07-2020, 17:44 Baxış Sayı:1 328 Kateqoriya:Səhiyyə

Damaq və diş xəstəliklərinin profilaktikası
- Dişlərin düzgün şəkildə təmizləmək. - İl ərzində 2 dəfə (hər 6 aydanbir) olmaqla mütləq stomatoloqun profilaktik müayinəsindən keçmək və dişlərin peşəkar səviyyədə təmizlənməsini yerinə yetirmək lazımdır.

Dişlərin peşəkar səviyyədə təmizlənməsi nə üçün vacibdir? Məsələ bundan ibarətdir ki, kariyesin inkişaf etməsinin əsas səbəbi olan diş daşlarının müstəqil şəkildə təmizlənməsi, əksər hallarda diş ərpinin (diş daşlarının) tam şəkildə xaric edilməsini təmin etmir. Dişlərin peşəkar səviyyədə təmizlənməsi ilk öncə diş daşlarının təmizlənməsini (mexaniki və ya ultrasəs aparatı ilə), daha sonra diş səthinin xüsusi fırçalarla hamarlanmasını, daha sonra isə tərkibində ftor elementi olan xüsusi qoruyucu lakla işlənməsindən ibarətdir. İldə 2 dəfə profilaktik olaraq stomatoloqun müayinəsindən keçmək, damaq xəstəlikləri riskinin 80%, kariyes xəstəliyinin baş vermə ehtimalının isə 40% azalmasına səbəb olur.

Təsirli profilaktika üsullarından biri də dişlərdə olan fissurların germetizasiyasından (kip bağlanma) ibarətdir. Bütün dişlərin tac hissəsinin səthində çox kiçik şırım, oyuq və kanallar (fissurlar) kariyes prosesinə daha çox meyilli olurlar. Ona görə ki, ağız boşluğunda olan bakteriyalar üçün orada yerləşmək, möhkəmlənmək və çoxalmaq üçün daha yaxşı və münbit şərait olur. Fissurların qapadılması üçün çeynəmədə iştirak edən molyar və premolyar dişlərin çeynəmə səthlərinə nazik bir qatla xüsusi qoruyucu material sürtürlər. Nəticədə fissurlar qapanmış olur ki, bu da dişlərin bir çox illər ərzində kariyesdən qorunmasına səbəb olur. Fissurların bu üsulla germetizasiyasını 6-12 aylarından başlayaraq uşaqlarda çıxan həm müvəqqəti həm də daimi dişlərə tətbiq etmək məsləhət görülür.

- Profilaktik baxışdan savayı, hər bir dişdə ilk ağrı əlamətləri hiss olunan kimi tez bir zamanda stomatoloqun qəbuluna getmək lazımdır. Hətta dişdə olan ağrını müstəqil şəkildə aradan götürə bilsəniz də, sakitləşərək həkimə getməyi təxirə salmayın! Bu halda çox yəqin ki, proses kəskin haldan xroniki hala keçmiş olur. Ağızdan pis qoxu gəldikdə, damaqlarda kista (kiçik ağrılı törəmə) əmələ gəldikdə, həmçinin damaqlardan hətta az miqdarda qanaxmalar olduqda da stomatoloqa getmək vacib hesab edilir.

- Düzgün qidalanmaq dişlərin sağlamlığı üçün də böyük əhəmiyyətə malikdir. Ağız boşluğunda milyardlarla bakteriyalar “yaşayır”. Orqanizm özü daim onlarla mübarizə aparır, biz isə fırça və diş pastası ilə ona kömək edirik. Ağız boşluğunda olan bakteriyalar karbohidratları – şəkər, qənnadı məmulatları, konfetlər, makaron və s. bu kimi məhsulları çox “sevir”. Onların təsirindən bakteriyaların sayı fəlakətli dərəcədə artır. Buna görə də kariyesin profilaktikası üçün imkan olduqca karbohiratları əsasən səhər və axşam yeməkləri zamanı qəbul etmək və bundan sonra isə dişləri təmizləmək çox vacib hesab edilir. Əgər siz buna riayət edə bilməyərək, nahar vaxtı karbohidratlarla zəngin olan qida qəbul etmiş olsanız, qida qəbulundan sonra vaxt taparaq dişlərinizi təmizləməli və ya ağız boşluğunuzu diş eliksiri ilə yaxalamalı, bu da mümkün olmadıqda isə, heç olmasa bir neçə dəqiqə ərzində tərkibində kselit olan saqqız çeynəməlisiniz. Saqqız çeynənməsi zamanı ağız suyun miqdarı artır. Tüpürcəyin tərkibində olan bəzi maddələr diş emalını zədələyən mikroblara qarşı antibakterial xüsusiyyətlərə malikdir. Lakin onu da bilmək lazımdır ki, saqqızı 5-7 dəqiqən artıq və acqarnına çeynəmək olmaz!

Dişlərin sağlamlığını uzun müddət ərzində qorumaq üçün, gün ərzində olan yanğı hissiyyatını qazlı və şirin içkilərlə, kofe və çay ilə deyil, su ilə aradan qaldırmaq daha xeyirli hesab edilir.

- Dişlərin sağlamlığı üçün tərkibində ftor elementi olan (yodlaşdırılmış-ftorlaşdırılmış duzlar) xörək duzundan istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Çünki, bunun nəticəsində tüpürcəyin tərkibində, dişlərin qorunmasında vacib rol oynayan ftoridlərin miqdarının artması baş verir.

- Dişlər çox soyuq və çox isti qidaları və içkiləri də (xüsusən isə onların növbələnməsini) “sevmirlər”.

- Damaqların vəziyyətini yaxşılaşdırmaq, orada olan iltihabi proseslərin qarşısını almaq və ya aradan götürmək və tənəffüsü təravətləndirmək üçün xalq təbabəti vasitələrindən hesab edilən adaçayı-palıd dəmləməsindən istifadə etmək yaxşı nəticə verir. Bunun üçün 1 çay qaşığı adaçayını və o qədər də palıd qabığını götürüb üzərinə 300 ml qaynar su əlavə edin və 30 dəqiqə ərzində onu vam odda qaynadın. Alınan dəmləməni soyutmaq, süzmək və gün ərzində ağız boşluğunu onunla bir neçə dəfə yaxşı-yaxşı yaxalamaq lazımdır. Gingivit və parodontit zamanı isə belə bir sadə müalicə üsulündan da istifadə etmək olar: şəhadət barmağımıza bir qədər tənzif doladıqdan sonra onun üzərinə 5-6 damcı təmiz ağ şam ağacı yağı (“pixtovoe maslo”) damızdıraraq damaqlara sürtürük. Bunu gün ərzində 2 dəfə etmək lazımdır.

Xatirə İmanova
Bakı şəhəri, 24 saylı Birləşmiş şəhər Xəstəxanasının həkimi

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı