Qarabag Media

Qələbəmizi təmin edən Liderə səs verəcəyik

Tarix:27-01-2024, 11:54 Baxış Sayı:121 Kateqoriya:Səhiyyə

Qələbəmizi təmin edən Liderə səs verəcəyik


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Cərrahı, Professor Eldar Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Cərrahı, Professor Eldar Əliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Professor Eldar Əliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Cərrahı, Professor Eldar Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Eldar Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Eldar Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Cərrahı, Professor Eldar Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.









Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Cərrahı, Professor Eldar Əliyev -Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 illik erməni işğalına son qoydu. 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan tarixi ərazisi olan Qarabağ və Şərqi Zəngəzura nəzarəti bərpa etdi. 2023-cü il oktyabrın 15-də prezidentliyinin 20-ci ilinin tamam olduğu bir gündə Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndi şəhərində dalğalandırdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu fakt həm də milli dövlətçilik tarixində ərazi bütövlüyümüzün bərpası, Qələbəmizin tam təmin olunması kimi yaddaşımıza həkk edildi. Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçkiləri qürurvericidir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi və gələcəyə yönələn yeni reallığın ortaya qoyduğu çağrışların uğurla həyata keçirilməsi baxımındam tarixi əhəmiyyət kəsb edir.
Xalqımız möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını əbədi olaraq xatırlayacaq və yüksək qiymətləndirəcəkdir. 7 fevral seçkilərinə gedən yol həm də bu iki qələbə ilə ciddi şəkildə bağlıdır.






Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi olduqca vacib hədəflər gözləyir. Və bu hədəflərə çatmaq da yalnız İlham Əliyev amilindən keçir. Xalqımız hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inamı, etibarı və ehtiyacı tükənməzdir.
Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi hesabına qazanıb.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Bu baxımdan respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər keçirilir. Və demək olar ki, bütün cəmiyyət seçkiqabağı təşviqat kampaniyasında fəal iştirak edir.
Seçki təşviqatında son 20 ildə Azərbaycanın əldə etdiyi uğurlara bir daha nəzər salınır, keçdiyimiz yolun keşməkeşləri və uğurları seçicilərin, xüsusilə gənclərin diqqətinə çatdırılır. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi bilməli, xalqımıza tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın ancaq və ancaq İlham Əliyev olduğunu unutmamalıdır. Sevindirici haldır ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, İlham Əliyevi dəstəklədiklərini böyük inamla nümayiş etdirirlər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi kimi hakimiyyətinin bütün illərində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla önəmli layihələr həyata keçirilir. Ulu Öndərin layiqli varisi andiçmə zamanı xalqa verdiyi vədlərin hamısını ardıcıl olaraq reallığa çevirmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu qürurverici tarixi hadisə 20 illin təsəvvür olunmaz gərgin, məqsədyönlü fəaliyyətin təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planlarının - Cənubi Qafqazın erməniləşdirilmək siyasətinin birdəfəlik məhv edilməsi demək idi.





Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Bu baxımdan cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olundu. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də görüləcək işlər - qarşıda duran hədəflər və yeni çağırışlar ətraflı şəkildə şərh olundu. Bunlar Azərbaycanı daha da irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq nüfuzunu artırmaq, Qarabağı və Şərqi Zəngəzuru qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, bütün sahələrdə yüksək inkişafı təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm vəzifələri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o, üzərinə götürə, şərəflə və uğurla yerinə yetirə bilər.
Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaqdır.







İnanıram ki, qarşıdan gələn prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Bütün Azərbaycan xalqının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcəkdir. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının ifadəsi olacaq.
Prezident seçkilərinə iki həftəyə qədər zaman qalıb. Tam əminəm ki, bu qısa zaman kəsiyini də yüksək əhval-ruhiyyə və coşqu ilə yola salacaq və fevralın 7-də böyük siyasi fəallıq nümayiş etdirib, seçki məntəqələrinə gedəcək və vətəndaşlıq mövqeyimizi ortaya qoymaqla cənab İlham Əliyevə səsimizi verəcəyik. Bu seçimimiz İlham Əliyevə millətimizin vəfa borcunun təntənəsi, uğurlu gələcəyimizə verəcəyimiz töhfə olacaqdır.
Dövlətimizə, 50 milyonluq Uca Millətimizə düşərli olsun. Amin!





















SON XƏBƏRLƏR
Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı - FOTO
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
Azərbaycanda havalar nə vaxt isinəcək?
"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya klubuna keçir - İDDİA
Sabah 22° isti olacaq - Hava proqnozu
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb - FOTO
Aleksandr Lukaşenko Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Prezident İlham Əliyev Slovakiyanın yeni dövlət başçısını təbrik edib
İranın atdığı raketlər İsrailə nə qədər ziyan vurub? - VİDEO
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər ƏLƏ KEÇDİ - FOTO
“Crocus City Hall”da keçirilən anım mərasimində 130-dan çox diplomatik nümayəndəlik iştirak edib
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Aprelin ilk gününün havası - 24 dərəcə isti olacaq
“Yoldaş Zülümov”un doğum günüdür - VİDEO
Nyu-Yorkda yaşayan həmvətənlərimiz Novruz bayramını qeyd ediblər - FOTO
Rusiya-Ukrayna müharibəsində ən təhlükəli mərhələ başladı: qarşılıqlı hava hücumları davam edir
DİN-dən Goranboydakı yanğınla bağlı açıqlama - Xəbərlərin 20:00 buraxılışı
Seda Sayan boşanır?
Azərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilər
Hikmət Hacıyev: “Azərbaycan Çinlə tərəfdaşlığı hərtərəfli inkişaf etdirməklə bağlı möhkəm qətiyyətə malikdir”
BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTO
Hamiləlik xəbərlərinə konsertləri ilə cavab verdi - FOTO
Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa, təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb
Gürcüstan Prezidenti azərbaycanlı icmanı Novruz bayramı münasibətilə təbrik edib
XƏBƏRDARLIQ! - Bu tarixdən hava kəskin pisləşir - Qar, dolu, şimşək…
Sabah yağış yağacaq
Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - YENİLƏNİB - FOTO
Yel çərşənbəsi qar gətirdi – Şamaxıda qarın hündürlüyü 30 santimetrə çatır
"Xocalıya Ədalət"i Xocalıda bərpa ettik.
Hər birimizin yol xəritəsi…