Yeni Səhifə

Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub

Tarix:29-09-2019, 13:41 Baxış Sayı:75 Kateqoriya:Siyasət

Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub
Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qrup 77 (G-77) təşkilatının 43-cü illik iclasında iştirak edib.

APA xəbər verir ki, iclasda Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub.

Əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı birgə mövqedən çıxış etmək olan və sıralarında bu günədək 134 üzv ölkəni birləşdirən G77 iqtisadi və sosial məsələlər üzrə BMT-dən sonra dünyanın ən çox dövlətini bir araya gətirən birlikdir. BMT çərçivəsində fəaliyyət göstərən bu təşkilat inkişaf etməkdə olan ölkələrin mövqeyini, o cümlədən BMT-nin dayanaqlı inkişaf məqsədlərinin icrası istiqamətində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək və bu istiqamətdə BMT-nin bütün qərargahlarında birgə mövqedən çıxış etmək məqsədini güdür.

G77 qrupun iclasında çıxışı zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın bu təşkilata fəal töhfə verməyə hazır olduğunu və Qoşulmama Hərəkatına sədrliyi dövründə bu iki təşkilat arasındakı münasibətlərin və əlaqələndirmənin inkişafı istiqamətində səylər göstərəcəyini bəyan edib.

Onun sözlərinə görə, bu, Azərbaycan Respublikası üçün tarixi bir gündür: "Sizin dəyərli dəstəyiniz və etimadınızla biz, ümumdünya iqtisadi və sosial inkişaf məsələsini irəli aparmaq məqsədi ilə bir araya gələn, BMT-dən sonra dünyanın ən böyük dövlətlər ittifaqının bir hissəsi olduq. Qrup 77-nin bütün üzvlərinə dəyərli dəstəyə görə təşəkkür edirəm. Qrupa qəbul olmaq sorğumuz ilə mükəmməl şəkildə məşğul olduğu üçün Fələstin Dövlətinə xüsusi minnətdarlığımı bildirirəm".

Nazir bildirib ki, qloballaşma prosesləri və iqtisadiyyatlar arasındakı qarşılıqlı asılılığın dərinləşməsi şəraitində Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi Birləşmiş Millətlər Təşkilatının hədəfləri və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin əsas komponentlərindən biri olan, həm inkişaf strategiyası, həm də inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirak etməsini təmin edən vasitə kimi vacib məsələyə çevrilib.

"Azərbaycan Qrup 77-nin iqtisadi əməkdaşlığın təşviqi yolu ilə davamlı inkişafın təmin edilməsi nəcib missiyasına fəal töhfə verməyə hazırdır. Yəqin bilirsiniz ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi edəcək və qarşıdan gələn 3 il ərzində Hərəkata sədrliyi üzərinə götürəcək. Sədrliyimizin prioritetlərindən biri BMT-nin ən böyük iki ölkələr qrupu arasında daha yaxşı qarşılıqlı fəaliyyəti qurmaq məqsədilə, Qoşulmama Hərəkatı - G77 əlaqələndirmə mexanizminin, yəni Birgə Əlaqələndirmə Komitəsinin canlandırılması olacaq.

Bir daha bütün G-77 üzv dövlətlərinə dəyərli dəstəklərinə görə təşəkkür edirəm və sizin hamınızla işləməyi səbrsizliklə gözləyirəm", - deyə E.Məmmədyarov qeyd edib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı