Yeni Səhifə

Kəmaləddin Heydərov qəbul günlərini LƏĞV EDİB?

Tarix:3-12-2019, 12:29 Baxış Sayı:128 Kateqoriya:Siyasət

Kəmaləddin Heydərov qəbul günlərini LƏĞV EDİB?
Prezidentin tapşırığına əsasən nazir və komitə sədrləri, eləcə də dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb, onların problemlərini dinləyirlər. İddialara görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vətəndaşlarla görüş vaxtı təyin olunsa da, o, müəyyən səbəblərdən qəbullara getməyib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məsələ ilə bağlı Modern.az-a bildirib ki, nazirin vətəndaşların qəbuluna gedib-getməməsilə bağlı açıqlama verə bilmir:

"Ümumiyyətlə, qəbullarla bağlı nazirliklərin saytında məlumat verilir. Nazir müavinlərinin qəbulları olub və bu barədə də məlumatlar verilib”.

Qeyd edək ki, bu barədə məlumatı Unikal.org yayıb. Məlumatda bildirilib ki, 2019-cu ilin iyul-noyabr aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə görə Kəmaləddin Heydərov iyulun 26-da Ağdamda (Quzanlı) vətəndaşları qəbul etməli idi. Ancaq nazirin görüşü 27 iyul tarixində baş tutub. K.Heydərovun əhali ilə sonuncu görüşü də elə həmin günə təsadüf edib. Nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbul etmə cədvəlində K.Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, K.Heydərov heç bir qəbulu həyata keçirməyib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı