Milli Məclisin deputatı Mahir Aslanov səhhətində yaranan problemlə bağlı danışıb.
yenisehife.az xəbər verir ki, bu barədə "Report"a açıqlama verən deputat bildirib ki, səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlar ictimaiyyətə olduğu kimi təqdim edilməyib:
"Sadəcə olaraq, bu məlumatları şişirdiblər. Bir söz deyirəm, dərhal şişirdirlər. Mən xəstəxanada deyiləm. Hazırda Bakıda - öz evdimdəyəm, işimdə-gücümdəyəm. Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə. Mənə görə narahat olublar. Hər şey yaxşıdır, səhhətim də əladır".
Qeyd edək ki, M.Aslanovun ürəyindən əməliyyat olunduğu və iki stend qoyulduğu barədə məlumatlar yayılıb.