Qarabag Media

İcra başçılarının son 24 saatı – Prezidentin xəbərdarlığından sonra

Tarix:21-12-2019, 20:47 Baxış Sayı:79 Kateqoriya:Siyasət

İcra başçılarının son 24 saatı – Prezidentin xəbərdarlığından sonra
Son aylarda Prezident İlham Əliyev tərəfindən bir çox sahələrdə olduğu kimi, icraedici hakimiyyətdə ciddi struktur islahatları sürətlənib.

yenisehife.az baku.ws-ə istinadən xəbər verir ki, prezident fəaliyyətində ciddi nöqsanlara yol verən, verilən vəzifələrin öhdəsindən gələ bilməyən icra başçılarına çıxarıb, onların yerlərinə isə daha gənc kadrlar təyin edib.Ölkə başçısı həm icra başçıları ilə görüşlərdə, həm də müxtəlif müşavirə və konfranslarda icra başçılarına ciddi xəbərdarlıqlar edib. İlham Əliyev vəzifəsinin öhdəsindən gələ bilməyən, xalqa xidmət etməyi bacarmayan icra başçılarına güzəşt edilməyəcəyini bildirib.

Bunun son nümunəsi olaraq 19 dekabrda Ağstafa Rayon İcra Hakimiyyətinin Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanımasını göstərə bilərik. Onunla yanaşı iki müavini, həmçinin Yevlaxın 31 oktyabrda vəzifədən çıxarılan sabiq icra başçısı Qoca Səmədov da saxlanılıb.

Əməliyyatdan bir neçə saat sonra Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə bir daha icra başçılarıa xəbərdarlıq edib:

"Bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq”.

Hadisələrin bu formada cərəyan etdiyi bir vaxtda dünən bir sıra icra hakimiyyətində aktivlik müşahidə edilib. İcra hakimiyyətlərinin rəsmi saytlarına əsasən topladığımız məlumatlarda hansı icra hakimiyyətinin dünən və bu gün nə iş gördüyünü təqdim edirik:

Xətai Rayon İcra Hakimiyyəti

19 dekabrda rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində N.Tusi küçəsi 9,11, 19 ünvanlarında irimiqyaslı yenidənqurma və abadlıq işləri görülüb.

Ərazi qanunsuz hasarlanmalardan və yöndəmsiz tikililərdən təmizlənib. İşıqlandırma sistemləri qurulur, yollar abadlaşdırılır, səkilərə daş düzülür, uşaqların və böyüklərin istirahətini təmin etmək üçün istirahət guşələri yaradılır, söhbətgahlar, müxtəlif əyləncə və idman qurğuları quraşdırılır.

Yasamal Rayon İcra Hakimiyyəti

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 19 dekabrda 100 yaşı tamam olan rayon sakini Bağırova Sonaxanım Məmmədbağır qızını yaşadığı evdə ziyarət edib.

Sonaxanım Bağırovaya Yasamal rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Nərimanov Rayon İcra Hakimiyyəti

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin sakinlərlə növbəti səyyar qəbulu keçirilib.

İcra başçısı sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini cavablandırıb. O, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Səbail Rayon İcra Hakimiyyəti

Dekabrın 19-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bayıl yaşayış sahəsi, A.Nəsirov küçəsi 5 ünvanında yerləşən 49 saylı "İntellekt” məktəb-liseyində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.

Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, küçələrin işıqlandırılması, yeni marşrut xəttinin istifadəyə verilməsi və digər sosial problemlərlə bağlı müraciət ediblər.

Görüş zamanı sakinlər tərəfindən səsləndirilən problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək onların həlli nəzarətə götürülüb.

Suraxanı Rayon İcra Hakimiyyəti

Dekabrın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Zığ qəsəbəsində sakinlərlə görüş keçirib.

Rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirib, sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi, qəsəbə sakinlərinin istirahəti üçün parkın salınması, su və kanalizasiya şəbəkələrinin qurulması, qəsəbədaxili küçələrə asfalt örtüyünün vurulması ilə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində aparılacaq işləri onların diqqətinə çatdırıb.

Bundan başqa, dünən rayonun Yeni Suraxanı qəsəbəsinin Yuxarı mədən küçəsində də asfaltlama işlərinə start verilib.

Bu layihənin həyata keçirilməsinə "Azəravtoyol” ASC-nin 10-dan çox yol tikinti idarəsi cəlb olunub. İcra Hakimiyyətindən bildirilib ki, qəsəbənin bütün məhəllədaxili yolları asfaltlanaraq abadlaşacaq.

Astara Rayon İcra Hakimiyyəti

Rayonun Qapıçıməhəllə kəndində 96, Lomin və Düriyyə kəndlərində 56 şagird yerlik modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilib.

Goranboy Rayon İcra Hakimiyyəti

19 dekabr 2019-cu il tarixdə, Goranboy rayon Heydər Əliyev Mərkəzində, Goranboy Gəncləri üçün İnkişaf və Karyera Mərkəzinin açılışı mərasimi keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 2 saylı uşaq bağçasında və 6 saylı körpələr evi-uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.

Lerik Rayon İcra Hakimiyyəti

Dekabrın 19-da Lerik rayonu Orand kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.

Həmin gün Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun və Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyevin, rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, məhsul istehsalçılarının iştirakı ilə seminar-müşavirə də keçirilib.

Lerik Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatında təşkil olunan tədbirlərdə fallıq nümayiş etdirmiş könüllülərə sertifikatlar təqdim edilib.

Şəki Rayon İcra Hakimiyyəti

Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün inşa edilən 960 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb. Məktəb dekabrın 19-da şagirdlərin istifadəsinə verilib.

Bu münasibətlə keçirilən mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyəti

Alimpaşa Məmmədov daha sonra 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkib.

Görüş zamanı icra başçısı şəhid ailəsinin problemləri ilə maraqlanıb.

Astara, Xaçmaz, Qazax, Masallı, Samur, Şəki və Yardımlı rayonlarının icra başçıları da sakinlərlə görüşüblər və onların problemlərini dinləyiblər.

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq