Yeni Səhifə

Dövlət Sosial Müdafiə Fondunun Bakıda iki qurumu yaradılıb

Tarix:2-03-2020, 13:49 Baxış Sayı:70 Kateqoriya:Siyasət

Dövlət Sosial Müdafiə Fondunun Bakıda iki qurumu yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xəzər və Pirallahı rayon şöbələrinin bazasında Fondun 2 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) Xəzər və Pirallahı rayon Məşğulluq Mərkəzlərinin bazasında Xidmətin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.
Nazirlikdən bildirilib ki, ötən ilin dekabr ayında Xəzər rayonunda yaradılan 2 saylı DOST Mərkəzi Xəzər və Pirallahı rayon sakinlərinə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 132 növdə xidmət göstərir.

Bu amil nəzərə alınmaqla DSMF və DMX-nin həmin rayonlar üzrə qurumlarının bazasında 2 saylı Bakı Ərazi şöbəsinin və 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin yaradılması Fondun və Xidmətin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədini daşıyır.

Hər iki rayon üzrə sosial-məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini 2 saylı DOST mərkəzi həyata keçirəcək.

DSMF-nin 2 saylı Bakı Ərazi şöbəsi isə DOST Mərkəzləri ilə əlaqəli işləyəcək. Həmin Mərkəzlərdən daxil olan sənədlər və məlumatlar əsasında qanunvericiliyə uyğun sosial təminat növlərinin təyinatı və ödənişini yerinə yetirəcək. Bu məsələlərlə bağlı həmin Mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.

Həmçinin Xəzər və Pirallahı rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsini, bu proqram çərçivəsində aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 2 saylı DOST mərkəzi aparacaq.

2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST Mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması, həll edilməsi, ərazi məşğulluq proqramlarının hazırlanması və s. sahələrdə işləri görəcək. (apa)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı