Yeni Səhifə

Paşayevadan MM-də nühüm təkliflər

Tarix:13-03-2020, 22:34 Baxış Sayı:30 Kateqoriya:Siyasət

Paşayevadan MM-də nühüm təkliflər
Bu gün millət vəkili Qənirə Paşayeva Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş işlər planının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib.

Axar.az xəbər verir ki, Q.Paşayeva işğal altında olan ərazilərimizlə bağlı qanun lahiyəsinin qəbulunun vacibliyini bildirib.

Millət vəkili distant təhsilin genişlənməsinin, bu məsələnin qanunvericilikdə öz əksini geniş tapmasının önəmini vurğulayıb.

Q.Paşayeva tələbələri və onların ailələrini maraqlandıran və narahat edən ən vacib məsələlərən biri olan təhsil kreditlərinin genişləndirilməsi məsələsinin qanunvericilikdə öz əksini tapmasına da toxunub və bu məsələnin reallaşmasının aktuallığı ilə bağlı fikirlərini bölüşüb.

Millət vəkili 2020-ci ilin yaz sessiyası dövründə autizmli uşaqlarla bağlı məsələnin də Milli Məclisin diqqətində olmasının vacibliyini vurğulayıb. Autizmli uşaqların sayının getdikcə artdığını deyən xanım deputat bu ailələrin qanunverici orqandan dəstək gözlədiyini bildirib.

Q.Paşayeva həmçinin bir sıra qəbul olunmuş qanunların və ya onların bir sıra maddələrinin bu günə qədər həyata keçirilməməsinin doğurduğu narahatlıqlar barədə də danışıb. Bildirib ki, həmin qanunların və ya maddələrin işləməsi üçün müvafiq qurumlarla ciddi müzakirələrə ehtiyac var.

“Qanunla qadağan olunsa da, bu gün hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı və ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Qanunda öz əksini tapan bu məsələlərin həyata keçirilməsi istiqamətində qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir. Cənab Prezidentin 6-cı çağırış Milli Məclisinin açılışındakı çıxışı, orada verilən önəmli mesajlar hər birimiz üçün örnəkdir və çıxışında qaldırdığı məsələlərə də yaz sessiyası çərçivəsində baxılmalıdır”, - millət vəkili bildirib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı