Qarabag Media

Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi

Tarix:27-03-2020, 22:51 Baxış Sayı:67 Kateqoriya:Siyasət

Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib.

“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı təşkilatlarının və hərəkatlarının təmsilçiləri ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımları yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, dövlət başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini vurğulayıblar.

Bu xüsusda qeyd olunmalıdır ki, müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir.

Bununla yanaşı, səmərəliliyin artırılması və miqyasın genişləndirilməsi baxımından bu fəaliyyətlərin əlaqələndirilməsi zərurəti yaranıb. Dövlət başçısı tərəfindən 2020-ci ilin Könüllülər İli elan edilməsini, ölkəmizdə mövcud olan könüllü təşkilatlarının sayını və zəngin təcrübəsini nəzərə alaraq, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasında könüllülərin entuziazmı, enerjisi və bacarıqlarının səfərbər edilməsi dövlət tərəfindən görülən işlərin faydalılığının artırılmasına müsbət təsir edəcək.

Yeni yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə vermək üçün könüllü təşkilatları və hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə ilk növbədə təşkilatlararası iş bölgüsünün müəyyən edilməsi, könüllülərin iştirakı ilə yerlərdə əhalinin həssas qrupları haqqında zəruri məlumatların toplanması, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı müxtəlif kommunikasiya vasitələri və məhsullarının (sosial çarxlar) köməyi ilə ictimai maarifləndirmə işinin həyata keçirilməsi, könüllü təşkilatlarının fəaliyyətinin müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi, həyata keçirilən tədbirlərə dəstək vermək niyyətində olan ictimai təşkilat, təşəbbüs qrupları və vətəndaşların səfərbər edilməsi və eyni zamanda digər məsələləri əhatə edəcək.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin idarə olunması onun təsisçiləri olan təşkilatlar tərəfindən həyata keçiriləcək, Mərkəzin katibliyi Azərbaycan Respublikasının Gənclər Fondunda yerləşəcəkdir. Mərkəzin fəaliyyəti, o cümlədən iclaslar və müzakirələr müasir informasiya-texnologiyalarının imkanlarından istifadə edərək, virtual qaydada təşkil ediləcək. Həmçinin, Mərkəzin çağrı mərkəzi və xüsusi könüllü portalının da təsis edilməsi nəzərdə tutulur. Könüllülük fəaliyyətinə qoşulmaq istəyən vətəndaşlardan və Mərkəzin işində iştirak etmək istəyən könüllü təşkilatlarından [email protected] elektron poçt ünvanı vasitəsilə katibliyə müraciət etmələri xahiş olunur. Unutmayın ki, biz birlikdə güclüyük!

SON XƏBƏRLƏR
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
"Embraer" nümayəndələri AZAL təyyarəsinin qəzasını araşdırmaq üçün Aktauya gediblər 25 5 A-
Əsma Əsəd təcrid olunub
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA
Bu gün Azərbaycanda matəmdir
Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək
Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanda qəzaya uğrayıb
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ ad gününüz mübarək
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Türkiyə Suriyaya ərzaq yardımı göndərdi
Yaxın ŞərqTürkiyə-İsrail toqquşması: Suriyada gözlənilən dəhşətli ssenari
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Generalın qətlində Baydenin oğlunun əli var
Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİBmaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT!