"Koronavirusla mübarizədə vəfat edən tibb işçisinə xüsusi status verilsin”.
yenisehife.az verdiyi xəbərə görə, bunu deputat Məlahət İbrahimqızı parlamentin iclasında təklif edib.
O qeyd edib ki, Türkiyədə koronavirusla mübarizədə vəfat edən həkimə şəhid, bu prosesdən ziyan çəkənlərə isə qazi statusu verilir: "Təklif edirəm ki, bizdə də koronavirusla mübarizədə hər hansı tibb işçisi vəfat edərsə, ona xüsusi status verilsin”. /Qafqazinfo