Yeni Səhifə

Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə hansı səlahiyyətləri verib? - DETALLAR

Tarix:31-03-2020, 13:38 Baxış Sayı:44 Kateqoriya:Siyasət

Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə hansı səlahiyyətləri verib? - DETALLAR
Prezident İlham Əliyev martın 30-da "Fövqəladə vəziyyət haqqında” qanunun icrasının təmin edilməsi barədə fərmanında dəyişiklik edib.

Oxu.Az-ın məlumatına görə, fərmanla Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib.

Sənədin 1.3-cü bəndinə "Daxili İşlər Nazirliyi,” sözlərindən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilib.

"Fövqəladə vəziyyət haqqında” qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş "icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.
Ölkə başçısının fərmanı ilə artıq Fövqəladə Hallar Nazirliyi də bu siyahıya daxil edilib.

Həmin maddələrdə nələr yazılıb?

"Fövqəladə vəziyyət haqqında” qanunun 11-ci maddəsinə nəzər yetirək. Orada yazılıb ki, fövqəladə vəziyyət rejimini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələrindən istifadə olunur.

15.1-ci maddədə qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanlarının fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də, digər şəxslərə Azərbaycan qanunvericiliyinə uyğun olaraq əlavə güzəştlər və kompensasiyalar müəyyən edilə bilər.

Qanunun 28-ci maddəsi fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak edən şəxslərin məsuliyyəti ilə əlaqədardır.
Bildirilir ki, müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları, hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, silahın, hərbi və xüsusi texnikanın qanunsuz tətbiq olunması, eləcə də, fövqəladə vəziyyət rejimini təmin edən vəzifəli şəxslərin xidməti səlahiyyətlərini aşması, o cümlədən, insan və vətəndaşların hüquq və azadlıqlarının pozulması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

12.2.5-ci maddə isə müvafiq icra hakimiyyəti orqanının qüvvələri tərkibində fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olmuş halların aradan qaldırılmasında və insanların həyatının xilas edilməsində iştirakla bağlıdır

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı