Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamil Ayrımın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Şamil Ayrım “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ş.Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.