Yeni Səhifə

Surət Hüseynovdan YENİ İDDİA: Seçkilərdə Elçibəyi dəstəkləyib? - AÇIQLAMA

Tarix:4-05-2020, 10:43 Baxış Sayı:84 Kateqoriya:Siyasət

Surət Hüseynovdan YENİ İDDİA: Seçkilərdə Elçibəyi dəstəkləyib? - AÇIQLAMA
Azərbaycanın sabiq Baş naziri, 1993-cü ilin 4 iyun Gəncə hadisələrinin əsas təşkilatçılarından biri Surət Hüseynov ötən gün “Youtube” kanalında blogger Laçın Məmişova geniş müsahibə verib.

Surət Hüseynov müsahibədə bir sıra maraqlı məqamlara toxunub. Sabiq baş nazir iddia edib ki, 1992-ci xalqı Əbülfəz Elçibəyə səs verməyə çağırıb. “Bütün rayonların hamısında mənim tədarük idarələrim olub. Həmin idarələrin müdirinə möhkəm tapşırmışam ki, camaat içində təşviqat aparın, seçkilərdə gedib Elçibəyə səs versinlər-deyə, S.Hüseynov deyib.

Maraqlıdır, Surət Hüseynov həqiqətənmi xalqı Elçibəyə səs verməyə çağırıb?

Sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Cebhe.info-ya açıqlamasında deyib ki, Surət Hüseynovun belə bir bəyanatla çıxış etdiyini xatırlamır:

“Ola bilər ki, hardasa deyib, amma mən heç vaxt hansısa mənbədə onun belə bir çağırışına, bəyanatına rast gəlməmişəm”.

Məsələ ilə bağlı danışan Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov da Surət Hüseynovun belə bir bəyanatla çıxış etmədiyini deyib:

“Surət Hüseynovun belə bir bəyanatla çıxış etməsini, belə bir söz dediyini xatırlamıram. O zaman Əbülfəz Elçibəyin namizədliyinin verilməsinə ölkə əhalisinin böyük qismi dəstək verirdi. Təkcə namizədliyini vermək üçün 600 mindən çox imza yığılmışdı. Ondan başqa ölkədə fəaliyyət göstərən institutlar, universitetlər, Elmlər Akademiyası, böyük müəssisələrin əksəriyyəti Əbülfəz Elçibəyin namizədliyinin lehinə bu prosesə qoşulmuşdu. Surət Hüseynovun isə o zaman belə bir bəyanatla çıxış etməsi heç xatirimdə deyil. Elə bir şeyə də rast gəlməmişəm.

Necə olur ki, 1992-ci ildə dəstəklədiyi adamı 93-cu ildə Rusiya kəşfiyyatının əli ilə devirmək üçün hərbi qiyama başladı və Azərbaycanı bu günə qədər həll olunmayan problemin içinə saldı? Əgər Surət Hüseynovun belə bir çağırışı olsaydı ən azından mətbuatda gedərdi. Hətta Surət Hüseynovun belə bir çağırış etməsi də onun mahiyyətini dəyişmir. Surət Hüseynov 1993-cü ilin iyun qiyamında Azərbaycan dövlətinə, xalqına xəyanət edib. O zaman Dağlıq Qarabağ məsələsinin həllinə ciddi şəkildə yaxın olduğumuz ərəfədə Surət Hüseynov çevriliş etmək, hakimiyyətə qarşı qiyam qaldırmaqla bizi Dağlıq Qarabağ kimi problemin qarşısında qoyub”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı