Yeni Səhifə

Bu gün işdən çıxarılan icra başçısının arvadı erməni imiş... - İLGİNC

Tarix:6-05-2020, 22:11 Baxış Sayı:75 Kateqoriya:Siyasət

Bu gün işdən çıxarılan icra başçısının arvadı erməni imiş... - İLGİNC
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev DTX tərəfindən həbs edildiyi bildirilən İmişlinin icra başçısı Vilyam Hacıyevlə qohumluq münasibətləri haqqında yazıb.

O qeyd edib ki, Vilyam Hacıyevlə qohum olsa da, əlaqə saxlamayıblar və keçmiş başçı ona qarşı çox soyuq münasibətdə olub.

“Hazırda saxlanıldığı deyilən İmişli icra başçısı V.Hacıyev qohumumdur. Maraqlananlar çox olduğuna görə, ümumi qısa reaksiya verim.

Onun üzünü ilk dəfə 2012-ci ildə, mən siyasi məhbus olanda, azadlığa buraxılmaq ərəfəsində dövlət qurumlarından birində qarşılaşanda görmüşəm.

O vaxta qədər isə 10 ilə yaxın idi ki, prezident sərəncamı ilə təyin edilib, 2 rayonda başçı olub, 3-cü rayona təyin edilmişdi. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür, prezident sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Onu da bilirsiniz ki, 10 ildir ölkədəyəm, bir dövlət qurumunda bir xırda vəzifəyə də yaxın buraxmırlar. Hətta 2 seçkidə qələbəmi başqasına veriblər, birində karateisti buraxıblar Milli Məclisə, digərində prezidentin dairəsində Arpadaraiyə. Keçən il mənim CV-im ölkə başçısına da təqdim edilib ki, islahatlar prosesinə töhfəsi ola bilər. Ancaq müsbət rəy verilməyib.

Bu həbslər hakimiyyətin məmur özbaşınalığı ilə mübarizəsindən daha çox kadr siyasətini göstərir. Eyni zamanda, düşünürəm ki, bu hakimiyyətin daxilində şəxsi ədavət, qrup mübarizəsidir.

Əks halda, haqlı sual yaranır ki, onları 20 ildir kim tövsiyyə edib, kim kurasiya edib, kim təyin edib, kim sərəncam verib və sərəncamla mükafatlandırıb? Hüquq-mühafizə orqanları bu günə qədər hara baxırdı?

Ədalətli cəmiyyət olmayana qədər vəzifəsindən, imkanlarından, əlaqələrindən asılı olmayaraq, heç kim heç nədən sığortalanmayıb. Ona görə də, çalışıb hüquqi və ədalətli cəmiyyət qurmalı, azad seçkilər keçirməliyik”,- deyə Bəxtiyar Hacıyev bildirib.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta Hacıyeva erməni əsilli olub və rayonda sözünün üstünə söz deyənin vəziyyəti heç də xoş olmurmuş. Bundan əlavə Vilyam Hacıyevin öz doğma bacısı ilə də münasibətləri soyuq olub və onunla əlaqə saxlamayıb. Bununla belə Hacyev həbs olunarkən həmin bacı qohumlara zəng edərək qardaşının tutulması barədə xəbərləri gizli saxlamağı xahiş edib.

Yaxın qohumları Vilyam Hacıyevin oğlunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə olduğunu da söyləyib. //Bizimyol.info//

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı