İmişli Rayon İcra Hakimiyyətin başçısı Vilyam Hacıyev məhkəmədən çıxan zaman ailəsinə mesaj göndərib.
yenisehife.az Bakupost.az -a istinadən xəbər verir ki, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Sabiq başçı avtomobilə mindirilən zaman üzünü ailə üzvlərinə tutaraq deyib:
"Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun".
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail rayon Məhkəməsi V.Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.