Yeni Səhifə

“Milli Şuranı “ağa”larından alacaqları qrantlar maraqlandırır” - deputat

Tarix:11-05-2020, 16:37 Baxış Sayı:43 Kateqoriya:Siyasət

“Milli Şuranı “ağa”larından alacaqları qrantlar maraqlandırır” - deputat
“Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan çox inkişaf edib, dünya miqyasında güclü və qüdrətli bir ölkə kimi yeni imicini formalaşdırıb. Çoxşaxəli iqtisadi, sosial islahatlarla yanaşı və siyasi islahatların paralel surətdə davam etdirilməsi Azərbaycanın dinamik inkişafına, dünya miqyasında tanınmasıma, nüfuzunun artması mühüm töhfələr verən strateji amillərdəndir”.

“Report”u xəbərinə görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, Azərbaycanın dövlət başçısının iradəsi və təşəbbüsü nəticəsində idarəetmədə çeviklik və funksionallığın artırılmasına xidmət edən islahatlar yeni bir mərhələnin – yeni siyasi konfiqurasiyanın formalaşmasına, yeni bir siyasi dövrün başlanmasına zəmin yaradır:

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, Azərbaycan Prezidentinin siyasi iradəsi olan dialoq çağırışlarını siyasi partiya və təşkilatlanmaların diqqətinə çatdırılması, altıncı çağırış Milli Məclisin çoxpartiyalı parlament kimi formalaşması, ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması, komitə sədrləri və komitə sədrlərinin müavinlərinin əksəriyyətinin Milli Məclisdə yer alan digər partiyalarının təmsilçiləri arasından seçilməsi Azərbaycan iqtidarının siyasi dialoqa, milli birliyə, həmrəyliyə olan münasibətinin bariz nümunəsidir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəllifi olduğu ümummilli və qlobal çağrışlar, siyasi dialoq məfkurəsi bu günkü mərhələdə Azərbaycan tarixinin yeni səhifəsini yazır: “Siyasi dialoq mühiti müxalif partiyalar üçün milli maraqlarımızı vahid siyasi müstəvidə səmərəli müdafiə edə bilmək üçün bir fürsətdir. Doğrudur, bir çox siyasi partiyalar hakimiyyət tərəfindən irəli sürülən siyasi dialoqu layiqincə dəyərləndirir, qlobal çağrışlar kontekstində Azərbaycan növbəti tarixi mərləhədə daha güclü və nüfuzlu ölkəyə çevriləcəyini görürlər. Təəssüflər olsun ki, vaxtilə hakimiyyətdə olarkən ölkəni dərin böhrana və xaosa sürükləyən, bu gün xalq tərəfindən boykot edilən qüvvələr, onların tör-töküntüləri siyasi dialoqdan imtina edirlər. “Müxalifət” sözünü özlərinin inhisarına çevirənlər hələ də öz çirkin və xəbis əməllərindən əl çəkmirlər. Koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda xarici havadarlarının arxasında gizlənən “beşinci kolon” adlanan qüvvələr, müxalifətin marginallaşan hissəsi reallığı və atılan mütərəqqi addımları görməkdə çətinlik çəkirlər. BMT-nin Baş Katibinin, ÜST-ün icraçı direktorunun, digər beynəlxalq qurumların Azərbaycanda koronavirusla mübarizəişində dövlətin gördüyü işlərə yüksək qiymət verdikləri halda, xaricdəki anti-Azərbaycan qüvvələr, yerlərdəki trollar öz pozuculuq fəaliyyətləri ilə ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlərə kölgə salmağa çalışır, məkirli planlarını reallaşdırmağa cəhd edirlər. Gözlərini yalan, iftira, böhtan örtən müxalif qüvvələr hakimiyyətin mütəmadi olaraq dialoqa, birgə müzakirələr aparmağı dəvətindən imtina etmələri onların əsl niyyətlərindən - insanlar arasına çaşqınlıq yaratmağa, ölkədə hərc-mərclik salmağa kökləndiklərindən xəbər verir. Belə qüvvələr, əslində, işi yalnız tənqid etmək, dünyaya, beynəlxalq təşkilatlara yalan, böhtan, iftiralarla dolu məlumatlar ötürməkdir. Çünki onlar müstəqil deyillər, anti Azərbaycan dairələr tərəfindən idarə olunur, təlimatlandırılırlar. Millilikdən uzaq Milli Şuranın buyruq qulları böyüyüb, boya-başa çatdıqları ölkəyə, doğma Vətənlərinə qarşı ən rəzil addımlar atmaqdan çəkinmirlər”.

Deputat qeyd edib ki, dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün olmaz: “Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir”. Bu gün hakimiyyətin təklif etdiyi siyasi dialoqdan imtina milli maraqlardan imtina deməkdir. Ümummilli lider Heydər Əliyev deyirdi: Nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Xarici havadarlarının köləsinə çevrilən Milli Şuranın ideoloqlarını, marginal qruplaşmanı xalq, Vətən, müstəqillik deyil, “ağa”larından alacaqları qrantlar maraqlandırır. Ona görə də belələrinə yeni siyasi konfiqurasiyada yer almaq, xalqla həmrəy olmaq sərf etmir”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı