Qarabag Media

Əbülfəs Qarayev nazirlikdəki QARƏTDƏN xəbərdardırsa da, deyilsə də, getməlidir... - Hər iki halda pis nazirdir

Tarix:14-05-2020, 09:46 Baxış Sayı:70 Kateqoriya:Siyasət

Əbülfəs Qarayev nazirlikdəki QARƏTDƏN xəbərdardırsa da, deyilsə də, getməlidir... - Hər iki halda pis nazirdir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra bütün diqqət nazir Əbülfəs Qarayevə yönəlib. Nazir isə istefa vermir və susur. Sanki baş verənlərin onunla heç bir əlaqəsi yoxdur. Ortalıqda olan videolar, şahid ifadələri onu deməyə əsas verir ki, Ə.Qarayev nazirlikdəki korrupsiya bataqlığının içərisində olub.

Ortada olan məlumatlardan isə belə aydın olur ki, DTX əməliyyat keçirdiyi anlarda Mədəniyyət Nazirliyinin mühasibatlığında 2 sifariş üzrə büdcədən yarım milyon manatdan artıq pulun bölgüsü aparılırmış.

Bu haqda jurnalist Rüstəm Əbülfətoğlu maraqlı araşdırma aparıb. Onun yazdığına görə, nazirlik qərara alıb ki, təşkilatda 1 ildən çox istifadə edilən kompüter proqramlarına (yalnız) texniki dəstək üçün 269 min 999 manat xərclənib (ilin sonuna 7 ay qalır bu hesabla 1 aya 38570,00 manat). Yerdə qalan vəsait isə “Birinci İslam Ölkələri Xalq Çalğı Alətləri və III Beynəlxalq Aşıq Festivallarının və Elmi simpoziumun təşkili”nə sərf olunub. DTX-nın əməliyyatı mühasibatlıqdan hələlik yan keçdiyi üçün proses birtəhər başa çatdırılıb.

Bununla belə, indi nazirlikdə bəzi vəzifəlilər daha çox narahat görünürlər. Deyilənə görə, buna səbəb ölkədə karantin rejimi elan olunan gündən bu yana, yəni 14 mart 2020-ci ildən nazirliyin idarə və xidmətləri vasitəsilə hər birinin dəyəri 50 min manatdan yuxarı olan 18 tender və dəyəri 50 min manatdan aşağı olan 12 kotirovka üsulu ilə keçirilmiş alqı-satqı əməliyyatlarının şəffaflığı barədə də istintaqçıların məlumatlara malik olmasıdır. Son 2 ayda nazirliyin qurumları “istehlak yönümlü müxtəlif xidmətlər”dən başlayaraq, “müxtəlif vasitələrlə muzeylərin fəaliyyətinin inkişafı işləri”, o cümlədən “təntənəli yubiley tədbirləri, ədəbi müsabiqələr, festivalların mükafatlandırma mərasimləri, poeziya günləri və s. təşkili” də daxil, 32 əməliyyat üzrə bu günə qədər büdcədən 5 milyon 970 min manat xərcləyib. Bu məbləğə işçilərin əmək haqları və s. bu tip heç bir ödəniş daxil deyil! Maraqlıdır ki, bütün bu alqı-satqı və xərclər bir daha təkrar edirəm ölkə rəsmi karantində olduğu zaman son 2 ayda rəsmiləşdirilib.

Bu ağır günlərdə heç bir müəssisənin işləmədiyi müddətdə nazirliyin muzey və fond binalarındakı kondisioner, ventilyasiya, isitmə, isti və soyuq su təchizatı sistemlərinə texniki servisin göstərilməsi üzrə xərcləri də xüsusi diqqət çəkir. Bu məqsədlə dövlət büdcəsidən 297 min 931 manat, teatr binalarında isə eyni xidmət üçün 298 min 589 manat vəsait xərclənib. Başqa sözlə, muzey, fond və teatrlardakı havalandırma sisteminə sadəcə texniki servis xidməti (heç bir avadanlıq alınmadan) büdcəyə ümumilikdə 578 min 520 manata başa gəlib. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında qanuna əsasən “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” üçün 441 milyon 921 min 500 manat ayrılıb.

Bu vəsaitin 178 milyon 714 min 885 manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyət, 156 milyon 180 min 776 manatı isə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üzrə xərclənə bilər. Yəni ümumilikdə 334 milyon 895 min 661 manat vəasait Mədəniyyət Nazirliyinin ixtiyarina verilib. Təşkilat bu vəsaiti İstanbuldakı Topqapı saray kompleksində “Azərbaycan evi”nə dair bədii-tərtibat işlərindən başlayaraq regional mərkəzlərindəki katriclərin doldurulması xidmətinə qədər ilin sonuna kimi xərcləyə bilər. Bu da maraqlıdır ki, rəsmi statistik məlumatlara əsasən, Mədəniyyət Nazirliyi şəhər və regional idarələri də daxil təkcə 2019-cu ildə dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 73 alqı-satqı əməliyyatı həyata keçirib. Və bunlardan 34-nü regional mədəniyyət idarələri vasitəsilə reallaşdırıblar....

Təkcə Biləsuvar Regional Mədəniyyət İdarəsi yalnız dəftərxana xərcləri üzrə ötən il 391795.98 manat vəsait xərcləyib.

Yazılanlardan Əbülfəs Qarayevin xəbərsiz olması isə sadəcə inandırıcı görünmür. Nazirin avtobioqrafiyası onun bu məsələlərdən hali olmasını ortaya qoyur.

Əbülfəs Qarayev tanınmış cərrah Mürsəl Qarayevin ailəsində anadan olub. 13 noyabr 1956-cı ildə Bakı şəhərində doğulan Əbülfəs Qarayev 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə gedib və 1973-cü ildə həmin məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda Məşədi Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib. 1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1989-1992-ci illərdə - Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvarında “1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri” mövzusunda dissertasiya müdafiə edərək “Fəlsəfə elmləri namizədi” elmi dərəcəsi alıb.

1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında baş müəllim olub. 1993-1994-cü illərdə “İmproteks Kommers” kiçik müəssisəsində müdir vəzifəsində çalışıb.

1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. 11 noyabr 2016-cı ildə “Şöhrət” ordeni alıb. 2018-ci ildə mədəniyyət naziri təyin edilib. Ailəlidir, bir övladı var.

Belə bir həyat təcrübəsi olan, müəllimlikdən biznesə adlamış, sonradan nazir postuna qədər qalxan, 26 il bu postda qərarlaşan Əbülfəs Qarayevin əlinin altında böyük korrupsiya bataqlığı onun nəzarətindən kənar yarana bilərdi?
“Yeni Müsavat”

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq