Yeni Səhifə

Elnur Allahverdiyevlə bağlı ilginc iddialar - İTTİHAM

Tarix:21-05-2020, 10:32 Baxış Sayı:112 Kateqoriya:Siyasət

Elnur Allahverdiyevlə bağlı ilginc iddialar - İTTİHAM
Bu ilin fevralında keçirilən parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi dəstəklənən və deputat mandatı qazanan Elnur Allahverdiyevin qaranlıq keçmişi şübhəli siyasi bioqrafiyası yenidən medyanın gündəmini zəbt edib.

Hansı yollarla YAP siyahısına düşdüyünü dəqiq bilməsək də zamanında atası Marat Abdullayevin ümummilli lider Heydər Əliyevin qatı əleyhidatrı olduğu,barəsində sərt çıxışlar etdiyi barəsində bilməyən yoxdur. Rubrika.Az-a daxil olan məlumata görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, "Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev bir zamanlar Heydər Əliyevə qarşı müxalif mövqeyi ilə tanınıb, hətta ümummilli lider barəsində kəskin ifadələr də işlədib. Lakin sonradan E.Allahverdiyev atasından fərqli olaraq qəflətən YAP-ın funksionerinə çevrilməyi bacarıb. Amma,necə deyərlər heç kim və heç nə unudulmur!
Ümumiyyətlə E.Allahverdiyevin keçdiyi yollarda qaranlıq məqamlar kifayət qədərdir. Rubrika.Az-a daxil olan məlumatda bildirilir ki, keçmiş “MTN çetesi” ilə olduqca sıcaq münasibətləri olan E.Allahverdiyev sabiq milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyevin himayəsində olub. Onların dostluğu isə hələ E.Əliyev MTN Səbail İdarəsində rəis işləyən vaxtdan yaranıb. Sonradan bu münasibətlər ortaqlığa qədər irəliləyib. E.Əliyev uzun müddət dostunun sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə “krışalıq” edib. Bu işbirliyi onların hər ikisinə külli miqdarda pul qazandırsa da sular bulanan vaxt zamanın nəbzini tutmağı yaxşı bacaran E.Allahverdiyev “MTN işi”ndən də sudan quru çıxmağı bacarır.
Təkcə siyasi fəaliyyətində deyil,iş həyatında da E.Allahverdiyev cəmiyyətdə müsbət ampulada tanınmayıb. Xatırladaq ki, E.Allahverdiev "Azercell” üzərindən kontur kartı və nömrə satışından milyonlar qazanan 3 monopolist şirkətdən birinin-"ABC-Telekom” MMC-nin sahibidir.Eyni zamanda “Kontakt Home”nin adını çəkmək kifayətdir ki, deputatın biznes fəaliyyəti gözlər önündə canlansın. Media üzərindən qısa araşdırma aparsaq “Kontakt Home”nin adının hallandığı yüzlərlə qalmaqalın şahidi olarıq. Rubrika.Az-a daxil olan məlumatlarda bildirilir ki, “Kontakt Home” mağazalar şəbəkəsində bir sıra qanunsuzluqlara, özabşınalıqlara, istehlakçıların hüquqlarını pozmağa yol verilir. "Kontakt Home” mağazalarında telefon alqı-satqısına dair "kredit” müqaviləsi alıcı ilə "ABC-Telekom” MMC arasında bağlanılır. Niyə məhz "ABC-Telekom” MMC? "Kontakt Home” mağazalar şəbəkəsi faizsiz reklam fırıldağı ilə vətəndaşları aldadaraq cəlb edir,ancaq əslində isə heç bir faizsiz kampaniyadan söhbət gedə bilməz. Əksinə, bütün mallara əlavə olaraq 15, 26, 31 faiz malın üzərinə əlavə olunur. Vətəndaşlar da yalançı reklama aldanaraq özləri də bilmədən bu şirkətin qurbanına çevrirlir.
Göründüyü kimi istər siyasi,istərsə də biznes fəaliyyətində qaranlıq məqamlar üstünlük təşkil edən E.Allahverdiyev deputat mandatı qazanmaqla keçmişini pərdələmək istəyir. Amma tarixin gedişini dəyişmək mümkün deyil. Bir gün həqiqətlər dil açıb danışanda bir zamanlar “Azərnəşr”də olan söhbətlər,mübahisələr də xatırlanacaq.

Bizi izləyin... //rublika.az//

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı