Yeni Səhifə

Füzuli Məmmədov RAİ-ni buraxıb, diaspor fəaliyyətini dayandırdı: Varis planı işə salınır - Şok səs yazısı

Tarix:10-06-2020, 11:56 Baxış Sayı:155 Kateqoriya:Siyasət

Füzuli Məmmədov RAİ-ni buraxıb, diaspor fəaliyyətini dayandırdı: Varis planı işə salınır - Şok səs yazısı
Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Füzuli Məmmədov (Frenk Elkapone) diaspor fəaliyyətinə son qoyduğunu bəyan edib. Bu barədə Füzuli Məmmədov və onun rəhbəri olduğu qurumlar tərəfindən hələ ki, rəsmi bəyanat verilməyib. Azinforum.az Füzuli Məmmədovun yaxın ətrafına sosial şəbəkələr üzərindən etdiyi müraciətin səs yazısını əldə edib.

Füzuli Məmmədovun öz yaxın ətrafı ilə etdiyi söhbət zamanı bir il əvvəl təsis etdiyi Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) fəaliyyətini dondurduğunu və özünün də diaspor fəaliyyətindən kənarlaşdığını bəyan edib. Xatırladaq ki, bu qurum təsis ediləndə Füzuli Məmmədov və komandası RAİ-nin Rusiyadakı azərbaycanlıları öz ətrafında birləşdirəcək ən ciddi diaspor təşkilatı olacağını bəyan edirdilər.

Biz Azinforum.az saytı olaraq obyektiv təhlillərə söykənərək, sözügedən qurumun ciddi perspektivə malik olmayacağını daima bəyan etmişik. Qeyd edək ki, elə yarandığı gündən az keçməmiş RAİ-dən “yarpaq tökümü” başladı. Sibir regionunu təmsil edən Mirkazım Seyidov qurumdan istefa verdi. Qurumun Ryazan bölməsinin rəhbəri Elşən Əliyev, Komi Respublikasındakı təmsilçisi Akif Mikayılov, RAİ-nin Kalininqrad şöbəsinin rəhbəri Tofiq Rzayev , Cənubi Saxalin bölməsinin rəhbəri Şahvələd Qasımov və mətbuat xidmətinin rəhbəri Anar Həsənov da müxtəlif periodlarda Füzuli Məmmədovla yollarını ayırıblar. Qurumun daxilindən əldə etdiyimiz məlumata görə, Füzuli Məmmədovun özü prosesdən kənara çəkilsə də, varis planını işə salıb və qurumun rəhbərliyini özünə yaxınlığı ilə seçilən Elnur Hüseynova tapşırmağı planlayır.

Ancaq Elnur Hüseynovun diaspor sahəsində təcrübəsinin zəifliyi onun RAİ-də mütləq lider kimi qəbul olunmasına maneçilik törədir. Ehtimal olunur ki, Füzuli Məmmədov belə bir planı reallaşdırmağa çalışarsa, çox ciddi qalmaqalların yaşanacağı qaçılmaz olacaq. Artıq RAİ daxilində hansısa taxta əməliyyatına görə həcmi milyonlarla ölçülən dələduzluq əməlindən söz açılmağa başlanılıb. Hələlik pıçıltı ilə aparılan bu söhbətlərin yaxın zamanlarda mediaya da yol tapacağına şübhə yoxdur.

Səslənən fikirlərlə bağlı RAİ-nin də mövqeyini dinləməyə hazırıq.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı