Qarabag Media

Deputat birgə bəyanatı şərh etdi

Tarix:12-06-2020, 14:30 Baxış Sayı:83 Kateqoriya:Siyasət

Deputat birgə bəyanatı şərh etdi
“Avropa Parlamentinin bəyanatı öz obyektivliyi ilə fərqlənir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev Avropa Parlamentinin Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı etiraz bəyanatını şərh edərkən deyib.

Bəyanatda bu yolun tikintisi ilə bağlı qərarın Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı razılaşma olmadan, beynəlxalq hüququ pozmaqla həyata keçirildiyi bildirilir.

R.Quliyevin sözlərinə görə, bu, Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər.

“Bəyanatda rayonların işğalının qeyri-qanuni adlandırılması bizim üçün çox önəmlidir və bunu alqışlayırıq.

Bəyanatda həmsədr və məruzəçilər yolun çəkilməsi təşəbbüsündən çox dərin təəssüf hissi keçirdiklərini vurğulayırlar. Onlar, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəhdlərinə və onların 2009-cu il Baza Prinsiplərinə olan tərəddüdsüz dəstəklərini bildirirlər.

Bu rəsmi şəxslər vasitəçilik prosesinin uğur qazanması üçün Ermənistan və Azərbaycan hökumətlərini münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün daha çox öhdəliklər götürməyə çağırırlar”, - deyə R.Quliyev əlavə edib.

Deputatın fikrincə, bütün qeyd olunanları nəzərə alaraq, həmin bəyanat düşünülmüş və obyektiv sənəddir.

Qeyd edək ki, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıb.

SON XƏBƏRLƏR
“Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Şahbaz Şərif Laçında İlham Əliyevlə görüşündən yazdı
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
Prezidentə təbriklər gəlməkdə davam edir
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib
Qurbanlıq heyvanların satış məntəqələri - Siyahı
Bakıda bir qrup şəxsə MƏNZİL VERİLƏCƏK
İki nüvə dövləti arasında gərginlik: Hava məkanları qarşılıqlı bağlandı
Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya üzrə xüsusi nümayəndəsi olacaq
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
İlon Maskın Ağ Evlə dostluğunu maraq məhv edib: Milyarder hansı gizli məlumatı əldə etmək istəyib?
BİR XALQIN ÜMİD İŞIĞI ,BİR DÖVLƏTİN DAYAĞI ; Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri , Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi -- Əhməd Cuma oglu Əhmədzadə
heydər əliyev siyasəti gələcəyin təminatidir --FUAD HACIYEV AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADRMİYASINİN DƏYƏRIİİ REKTORU VƏ İDMAN SAHƏSİNDƏKİ LİDER FƏALIYYƏTLƏRİ
Ötən ay sərhəddə 5 milyon manatlıq qaçaqmal tutulub
Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi
Ukrayna ordusu Krıma desant hücumuna hazırlayır
İlham Əliyev sərəncam imzaladı
Tramp ermənilərin gözləntilərini puç etdi
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Rəis müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb? - ŞƏRH
Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO
Tramp və Putin danışdı
Bakıda yeni yol salınır - 1650 ağac köçürüləcək
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər