Yeni Səhifə

Səfər Mehdiyevlə bağlı İLGİNC GƏLİŞMƏ... - Onu ən incə yerindən vurdular...

Tarix:29-06-2020, 14:00 Baxış Sayı:345 Kateqoriya:Siyasət

Səfər Mehdiyevlə bağlı İLGİNC GƏLİŞMƏ... - Onu ən incə yerindən vurdular...
Son günlər adı müxtəlif qalmaqallara hallanan və hətta Azərbaycan qarışıq bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir ərəfədə xəstəlikdən qoruma maləzəmələri gətirən sahibkarlkara süni əngəl yaratması ilə diqqətə gələn Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çətin günlərini yaşayır.

Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya daxil olub. Ona qarşı səslənən ittihamların başında isə DGK-da yaratdığı qohum-yerli şəbəkəsi ilə bağlıdır. Hər halda, Səfər Mehdiyev elə zənn edir ki, onun bu fəaliyyəti kimsənin diqqətini cəlb etmir.

Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin rüşvət alarkən cinayət başında yaxalanıb.

O, Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Yerli KİV-də yer alan məlumatlardan bəlli oldu ki, Ceyhun Bayramov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qardaşı oğlu Telman Mehdiyevin işçisidir. Belə ki, Telman Mehdiyev hazırda Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi postunu tutur.

Yayılan məlumata görə, Ceyhun Bayramovun əməllərinin məsuliyyətini bölüşəcək vəzifəli şəxs kimi Telman Mehdiyev də istintaqa cəlb olunacaq.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Telman Mehdiyev “bütün məlumat rəsmi açıqlanıb, başqa deyəcəyim bir söz yoxdur” deyərək danışmaqdan imtina etsə də, onun və DGK rəhbəri Səfər Mehdiyevinin durumunun gərgin olduğu gün kimi aydındır. Hər halda başdan-başa korrupsiyaya bulaşmış DGK-da birbaşa olaraq Mehdiyevin qohumunun işlədiyi idarənin hədəf kimi seçilməsi təsadüfi hesab oluna bilməz.

"Səfər Mehdiyevin keçmiş PA rəhbəri Ramiz Mehdiyevlə sıx münasibətlərinin olması və hətta zamanında eyni iqtidardaxili qurplaşmaya aid olması hər kəsə məlumdur. Bu gün də Ramiz Mehdiyevin kadrları bir-birinin ardından sıradan çıxarılır: Əli Həsənov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli... Amma bu dəyişiklik, yenilənmə DGK-da nəinki hiss olunmur, hətta bu gün DGK Ramiz Mehdiyevin son qalalarından biri kimi diqqətə gəlir. Son həbs isə belə bir təəssürat yaratdı ki, vəziyyət dəyişməkdədir və bu həbs qərarı əslində Səfər Mehdiyevin gedişinə verilmiş fərmandır"- deyən mənbə maraqlı bir faktı da açıqlayıb: "Səfər Mehdiyev son həbsdən gec xəbər tutub və bu hadissə onda ciddi sarsıntı yaradıb".

Mənbə iddia edir ki, məhz buna görə də Səfər Mehdiyevin uzun müddətdə görəv başında qala biləcəyi gözlənilən deyil: "Onun da Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli kimi vaxtı yetişəcək..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də fikirlərini öyrənmək cəhdlərimiz alınmasa da, yenə də fikirlərini yaymağa hazırıq...

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı