Azərbaycan Prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə su sahəsi ilə məşğul olan qurumları tənqid edib.
Ölkə başçısı bildirib ki, bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək:
“Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.