Yeni Səhifə

“Ola bilsin ki, KİVDF-dəki qanunsuzluqlarla bağlı Əli Həsənov şahid qismində dindirilib” - AÇIQLAMA

Tarix:3-09-2020, 10:39 Baxış Sayı:315 Kateqoriya:Siyasət

“Ola bilsin ki, KİVDF-dəki qanunsuzluqlarla bağlı Əli Həsənov şahid qismində dindirilib” - AÇIQLAMA
KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb.

Yayılan informasiya ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Açıqlamada konkret olaraq Əli Həsənovun adı çəkilməyib. Qeyd edilib ki, hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.

Əli Həsənov isə yayılan xəbərə belə münasibət bildirib: “Mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, on-on beş günə Azərbaycana qayıdacağam”.

Bildirək ki, bu mövzu cəmiyyətdə, xüsusilə də media camiəsində geniş müzakirə olunur və diqqətdə saxlanılır.

Mövzu ilə bağlı suallar yaranır ki, Əli Həsənov hansı halda cinayət məsuliyyətinə cəlb oluna bilər? Əli Həsənova hansı halda ölkədən çıxış qadağası qoyula bilər?

Bu barədə Musavat.com-a danışan tanınmış vəkil Fariz Namazlı əvvəlcə Baş Prokurorluğun rəsmi açıqlamasına münasibət bildirib:

“Baş Prokurorluğun məlumatında göstərilir ki, intensiv və zəruri istintaq hərəkətləri aparılır.

Bu istintaq hərəkətləri həm KİVDF əməkdaşlarının şahid qismində dindirilməsi, zəruri olarsa ekspertizaların təyin olunması, rəylərin alınması və ya əlavə şəxslərin dindirilməsi ola bilər. Burada əvvəlcədən kiminsə məsuliyyət daşıdığını demək çətindir. Belə bir fikir demək üçün istintaq sənədləri ilə tanış olmaq lazımdır".

Fariz Namazlı Əli Həsənovun hansı halda istintaqa cəlb oluna biləcəyi haqda bunları deyib: “Ola bilsin ki, KİVDF əməkdaşları ifadələrində əsas məsuliyyəti kimin daşıması, əsas qərarı kimin verməsi ilə bağlı məlumat versinlər. Bu ifadələr, digər zəruri sənədlər, ekspertiza rəyləri əsas təqsirləndirilən şəxslərin kimlər olduğunu müəyyən edəcək”.

Fariz Namazlı Əli Həsənovun başlayan cinayət işi üzrə şahid qismində dindirilib-dindirilməməsinin mümkünlüyü haqda da danışıb:

“İfadələr və toplanmış sübutlar əsasında hansısa bir şəxsin şübhəli şəxs və ya təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi mümkündür. Həmin şəxsi şahid yox, birbaşa təqsirləndirilən şəxs qismində də istintaqa cəlb etmək mümkündür.

Cinayət işi fakta görə başlayır. Yəni prokurorluğa KİVDF-də yeyintilər, vəzifə səlahiyyətlərini aşma kimi məlumat daxil ola bilər və bunun əsasında cinayət işi başlaya bilər. Ola bilsin ki, Əli Həsənov şahid qismində dindirilib".

Vəkil bildirib ki, Əli Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunsaydı, onun ölkədən çıxışına qadağa qoyulmalı idi: “Şahid qismində dindirilən şəxslərin ölkədən çıxışına qadağa qoyulmur. Yalnız şübhəli və təqsirləndirilən şəxslərin ölkədən çıxışına qadağa var.

Əgər Əli Həsənov Türkiyədə olduğu müddətdə onun təqsirləndirilən şəxs qismində cəlb olunması məsələsi ortaya çıxarsa, onun barəsində axtarış elan olunacaq".

Qeyd edək ki, fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Daxil olmuş materiala əsasən, fondun “Xərclər smetası”nın icrasına, KİV-in fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-ə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.

Eyni zamanda jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda araşdırmalar aparılır.
Musavat.com

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı