Yeni Səhifə

Ədliyyə Nazirliyi məhkumların həyatını riskə atır - "...maska ilə təmin etmək də məcburidir"

Tarix:9-09-2020, 12:43 Baxış Sayı:88 Kateqoriya:Siyasət

Ədliyyə Nazirliyi məhkumların həyatını riskə atır - "...maska ilə təmin etmək də məcburidir"Ötən günlərdə saytımızda ömürlük məhbusların bir problemi ilə bağlı məqalə yayımlanmışdı. Orada məhbus valideyninin narahatlığı öz əksini tapmışdı. Ömürlük məhbus Şakir Rzaxanovun anası Müslümat Rzaxanova oğlunun cəza çəkdiyi Qobustan həbsxanasında COVID-19 virusunun yayıldığını, bu səbəbdən bütün nəzarətçilərə tibbi maska paylanıldığı halda, bunun məhkumlara şamil edilmədiyini bildirmişdi.

“Qobustan həbsxanasında məhbuslarının həqiqətən tibbi maskalardan istifadə edib-etməmələri ilə bağlı Baş Tibb İdarəsinə də müraciət etdim. İdarədən mənə dedilər ki, məhkumlar qapalı otaqda saxlanıldıqları üçün maskaya ehtiyac yoxdur”, - şikayətçi qadın vurğulamışdı.

Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxladıq. O, məzuniyyətdə olduğunu bildirdi və “Sualımızı kimə ünvanlaya bilərik?” müraciətimizi də cavabsız qoydu.

Mövzu ilə bağlı AYNA-ya danışan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, məhbusun kameradakı müvəqqəti saxlanma yerində yaşam tərzinə, sağlamlığına və s. həmin müəssisənin rəhbəri və Ədliyyə Nazirliyi cavabdehlik daşıyır: “İctimai komitələr var ki, vaxtaşırı məhbusları gedib yoxladıqlarını deyirlər. Virusdan qorunmaq məhbusun da haqqıdır. Biz bilirik ki, pandemiya ilə bağlı maska taxılmayanlara irad tuturlar. Maska taxılması məcburidir. Məhbusların vaxtaşırı virusla bağlı testdən keçdiklərini, qapalı otaqda, bir yerdə qalan məhbusların yoxlandığını bilmirik”.

“Məhbusların da təmasada olduqları adamlar olur. Onlar müsəntiqlə, onlara nəzarət edən şəxslə təmasda olduqları üçün mütləq maska taxmalıdırlar, bu, məcburidir. Düzdür, qapalı məkanda maska taxmaq çətindir, amma mağazalar, idarələr də qapalıdır, lakin oralarda da sosial məsafənin gözlənməsi və maska taxılması məcburidir. Məhbusun qaldığı kameranı evlə müqayisə etmək yanlış olar, çünki ev şəraitində otaqlar havalandırılır, insanlar gəzməyə gedir, tibbi əlçatanlıqları var”, - müsahibimiz deyib.

“Məhbusların valideynlərinə, yaxınlarına nə zaman COVID-19 testindən keçdikləri, eyni otaqda neçə məhbusun olduğu haqda və təmasda olduğu adamlarda da xəstəliyin olub-olmaması barədə məlumat verilməlidir. Müəyyən vaxta kimi maska ilə təmin etmək də məcburidir”, - Qəhrəmanlı bildirib.

Baş infeksionist Cəlal İsayev də AYNA-ya açıqlamasında diqqətə çatdırıb ki, hansısa məkan daxilində virusa yoluxan varsa, maska taxılması vacibdir: “Qapalı məkanda virusa yoluxan varsa, oradakı digər insanların da yoluxma ehtimalı çox yüksəkdir. Buna görə də maska taxılması şərtdir. Əks halda, oraya kənardan gəlib-gedən yoxdursa, maskaya da ehtiyac olmaz”.

Qeyd edək ki, 29 avqust 2020-ci ildə Nazirlər Kabineti yanında Operativ Qərargah ömürlük məhkumların cəza çəkdiyi Qobustan həbsxanasında koronavirus aşkarlandığını elan etmişdi. Operativ Qərargahdan verilən məlumatda müayinələr nəticəsində iki həbsxana zabitində koronavirus infeksiyası aşkarlandığı deyilmişdi. İnfeksiya halları müəyyən edildikdən sonra onlarla təmasda olanların təcrid olunduğu və testlər edildiyi bildirilmişdi.

Nəticədə 5 işçi və 19 məhkumun test nəticələrinin müsbət çıxdığı, infeksiyaya yoluxanların vəziyyətinin qənaətbəxş olduğu, hamısının asimptomatik xəstə olduğu, heç bir pisləşmə müşahidə olunmadığı bildirilirdi. Açıqlamada deyilirdi ki, Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq olunub və virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər davam etdirilir.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı