Yeni Səhifə

Prezident İlham Əliyevin İran səfirini qəbul edən zaman söylədiyi fikirlər İslam aləminə və bütün dünyaya çağırışdır - Deputat

Tarix:9-09-2020, 22:35 Baxış Sayı:72 Kateqoriya:Siyasət

Prezident İlham Əliyevin İran səfirini qəbul edən zaman söylədiyi fikirlər İslam aləminə və bütün dünyaya çağırışdır - Deputat
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi və dini abidələrə qarşı törətdiyi vəhşiliklər bütün bəşəriyyətə qarşı cinayətdir. Nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri buna öz münasibətini bildirməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin İran səfirinin etimadnaməsini qəbul etdiyi zaman söylədiyi fikirlər İslam aləminə və bütün dünyaya çağırışdır: "Çünki Ermənistan təcavüzkar siyasət yürütməklə yanaşı, işğal etdiyi ərazilərdə məqsədyönlü şəkildə Azərbaycanın milli-mədəni irsinin, İslam mədəniyyətinə aid dini abidələrin dağıdılmasını həyata keçirir".

Deputat bildirib ki, işğalçı ölkənin bu davranışı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına ziddir:

"Bu məsələnin hüququ tərəfidir. Yəni beynəlxalq hüquqda bu cür davranışlara birmənalı yanaşma var. Ancaq praktikada biz nə qədər dövlətin tarixi, mədəni və dini abidələrə qarşı Ermənistanın törətdiyi cinayət əməllərinə kəskin mövqe nümayiş etdirdiyini deyə bilərik? Ola bilsin ki, hansısa sənədlər qəbul olunub, bəyanatlar verilib. Lakin konkret sanksiyalar tətbiq olunmayıb. Digər tərəfdən, məsələnin mənəvi tərəfi də var. Axı, hər bir milli-mədəni irs nümunəsi yalnız ayrıca xalqların deyil, həm də bütün bəşəriyyətin sərvətidir. İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinin 13-ü dünya əhəmiyyətli abidələr hesab olunur. Ona görə də tarixə, mədəniyyətə, mənəvi irsə aid olan abidələrin mühafizə olunması bəşəriyyətin, dünya birliyinin vəzifəsidir. Təəssüf ki, biz dünyanın laqeydliyini müşahidə edirik".

Deputat vurğulayıb ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində dini abidələri, məscidləri dağıtmasına islam dünyasının sükutla yanaşmasına heç nə bəraət qazandıra bilməz. Nə ölkənin milli maraqları, nə mövcud siyasi konyunktura bu cür həssas məsələlərdə müsəlman ölkələrinin yaxasını kənara çəkməsinə haqq qazandırmır. Bu, xüsusilə də özünü islamı dəyərlərin mühafizəçisi kimi təqdim etməyə çalışan, İslam dünyası adından danışmaq iddiası ilə çıxış edən ölkələrə aiddir.

S.Məmmədov hesab edir ki, Ermənistanın dini və mədəniyyət abidələrinə vurduğu ziyanın miqyasını heç nə ilə ölçmək mümkün deyil: "İlk insan məskənlərindən olan Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanlarının və digər onlarla bu cür abidənin yer üzündən silinməsinin bəşəriyyətə vurduğu ziyanın miqyasını necə müəyyən etmək olar ki?! Bu, ümumilikdə tarixə, mədəniyyətə, insanlığa qarşı hörmətsizlikdir".

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı