Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin vəfat etməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat əsassızdır.
yenisehife.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətindən bildirilib.
Hazırda R.Mehdiyevin iş başında olduğu qeyd edilib.
Qeyd edək ki, ötən gecə AMEA-nın prezidenti Ramiz Mehdiyevin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.