Yeni Səhifə

Bakını işğal etməklə hədələyən bu həpənd indi Xankəndində siçan deşiyindədir

Tarix:30-10-2020, 16:10 Baxış Sayı:68 Kateqoriya:Siyasət

Bakını işğal etməklə hədələyən bu həpənd indi Xankəndində siçan deşiyindədir
Bakını işğal etməkdən dəm vururdu...

Dağlıq Qarabağdakı erməni hərbi elitasının daha bir lideri, general Arkadi Karapetyan Azərbaycan Ordusunun Şuşanın həndəvərinə çatdığını bildirib və Ermənstandan hamını köməyə çağırıb. Bildirib ki, əks halda onlar Ermənistana qoşunlarla gedəcəklər.

Əvvəlcə Karapetyan barədə qısaca. Arkadi Karapetyan ermənilərin əfsanəvi komandirlərindən biridir. 1958-ci ildə Xankəndində anadan olub, hələ ötən əsrin 70-ci illərində Dağlıq Qarabağda gizli erməni separatçı hərəkatında yer alıb. 90-ci illərin sonlarında isə Qarabağda erməni separatizmini alovlandıranlardan biridir. 1988-ci ildə Yerevanda yaradılan “Qarabağ” komitəsinin üzvü, separatçı “Krunk” təşkilatının sədr müavini olub. 1989-1991-ci illərdə “Daşnaksütun” sıralarında yer alıb.

Dağlıq Qarabağdan azərbaycanlıların qovulmasına bilavasitə başçılıq edib və 1990-1992-ci ildə separatçıların “müdafiə ordusunun” komandanı olub. Daha sonra separatçıların “özünümüdafiə komitəsi”nin üzvü kimi Qarabağın işğalına rəhbərlik etməyə başlayıb. 1992-ci ilin mayında Arkadi Karapetyan Şuşaya hücuma başçılıq edənlərdən biri idi. Onun başçılıq etdiyi dəstələr şərq istiqamətindən-Şoş kəndindən Şuşaya həmlə etmişdi. Daha sonra Karapetyan Ermənistanda Levon Ter-Petrosyanın hakimiyyəti dövründə, polkovnik rütbəsində ordunun kəşfiyyat rəisi və polk komandiri (1993-1996) olub. 1997-ci ildə Qarabağa qayıdıb və müharibə veteranları ittifaqını yaradaraq ona rəhbərlik etməyə başlayıb. Hazırda o, öz dəstəsi ilə Qarabağda döyüşməkdədir. Əvvəllər çıxışlarında Qarabağ münaqişəsinin həllinin "Bakını almaqla mümkün olacağını" deyirdi.

Arkadi Karapetyan Facebook üzərindən yaydığı videomüraciətində deyir: “Ermənistanda insanlar burada baş verənlərdən xəbərsizdir. Müharibə Şuşanın ətrafında gedir. Buradan sizə nə dediklərini bilmirəm, amma müharibə az qala Şuşa divarlarının altına çatıb. Türklər bizimlə qarşılaşmırlar, sadəcə toplarla, raketlərlə işləyirlər, gəlib ölmüş oğlanlarımızın mövqelərində otururlar. Mən bunu çaxnaşma yaratmaq üçün demirəm, ona görə deyirəm ki, indi bizim qoz-fındığa və şirniyyatlara deyil, köməyinizə ehtiyacımız var. Yoxsa Ermənistana biz qoşunlarla gələcəyik. Birləşmiş erməni xalqıyıqsa, kömək edin. Ya da deyin tək qalmışıq. Hava məkanını bağlamaq üçün müasir silahlara ehtiyacımız var. Bu sirr deyil, bütün Qarabağ bunu bilir, görür. Elə indi də, bu gün də başımıza göydən nə gəldi tökürlər, heç nə edə bilmirik...”

Erməni sosial şəbəkə istifadəçiləri isə dərhal Karapetyanın müraciətinin altından onu qınayan şərhlər yazmağa başlayıblar. Xatırladaq ki, bundan əvvəl qondarma rejimin rəhbəri Araik Arutyunyan da Şuşa kilsəsinə gələrək orada şam yandırmışdı, dua etmişdi və müraciətlə çıxış edərək Azərbaycan Ordusunun böyük qüvvə ilə Şuşanın 5 kilometrliyinə çatdığını bildirmişdi. \\virtualaz.org\\

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı