Azerforum.com xəbər verir ki, Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, adıçəkilən proqrama yeni yarımbənd əlavə olunub.
4.4.23-1.Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdəmexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi