Yeni Səhifə

Qərb mediası Azərbaycanla rus sülhməramlılarını “toqquşdurur” - şok iddia

Tarix:30-12-2020, 11:09 Baxış Sayı:47 Kateqoriya:Siyasət

Qərb mediası Azərbaycanla rus sülhməramlılarını “toqquşdurur” - şok iddia
Qərb nəşrləri Azərbaycanın “oğurlanmış qələbəsindən”, rusların Qarabağda hərbi baza yaratmaq niyyətindən, ölkənin müstəqilliyinin guya təhdid altında olduğundan yazmağa başlayıblar. “Yeni Müsavat” xəbər verir ki, Azərbaycanda şübhəli dairələrə bağlı qruplar məhz bu arqumentləri qabardırlar. Təbii ki, sülhməramlılar və Rusiya süddən çıxmış “ağ qaşıq” deyil. Amma Qərb də bu məsələni israrla şişirtməkdə, Azərbaycandakı təsir qruplarını hərəkətə keçirməklə, qarşıdurma yaratmaqda maraqlıdır.

Hətta qismən buna nail olublar. Faktiki həm rus orudusuna qarşı ciddi antipatiya formalaşdırılıb, həm ictimai rəyə təsir göstərilib. Əlbəttə, rus sülhməramlılarının davranışları, onların terrorçu Araik Arutyunyanla mehribanlığı cəmiyyətdə etirazla qarşılanır. Amma Qərb mediasının məsələləri körükləməsi də nəzərdən qaçırıla bilməz.

Onsuz da Qərbi və onun bir sıra nüfuzlu KİV-lərini 44 günlük Vətən müharibəsində yaxından tanıdıq. Onların qərəzi, aşkar ermənipərəst yanaşması göz deşirdi. Elə Azərbaycanın işğalla barışmasını da məhz onlar istəyirdilər. Bu gün isə Azərbaycanla Rusiya sülhməramlılarını “üz-üzə” qoymağa çalışırlar.

İndi onların mövqeyinə niyə inanmalıyıq? Qərbdəki dairələr media vasitəsilə hansı dərin çatları yaratmaq istəyirlər?

Biz sülhməramlıların missiyalarını onların nəzərinə çatdırmalıyıq, qınaqları, narazılıqları dilə gətirməliyik, şübhəsiz ki, zaman-zaman onların fəaliyyətindən hansısa giley-güzarımız olacaq, sona qədər kristal iş görəcəkləri gözlənilmir, amma Qərb mediasının qızışdırıcı təbliğatına da köklənmək səriştəsizlik olardı. Məsələn, “Brussels Times” portalında İqor Pliner yazır ki, Qarabağda atəşkəs sazişi Rusiyadan ötrü özəl bir qələbədir:

“Moskva təkcə Avropa Birliyinin qonşuluğunda təhlükəsizliyin qarantı kimi mövqeyini möhkəmlədib hərbçi sayını artırmadı. AB-nin özünü pis göstərməsi onu regiondan kənarlaşdırılma riski ilə üzləşdirdi”.

“BBC News”un əməkdaşı Stiv Rozenberq isə yazır ki, altı həftəlik müharibə Rusiyanın keçmiş imperiyanın hüdudlarında qol-qanadını “sındırdı”.

Onun fikrincə, Türkiyə bu regionda Moskvaya rəqib oyunçu kimi ortaya çıxdı. Kreml NATO üzvü Türkiyədən müşahidəçilərin Cənubi Qafqazda atəşkəsi monitorinq etməsinə razılıq verməli oldu.

“Qarabağda baş verənlər Moskvanın təkcə Cənubi Qafqazda deyil, postsovet məkanının qalan hissəsində nüfuzuna geosiyasi fəlakət yaratdı”, - siyasi şərhçi Konstantin von Eggert belə bir qənaətini bölüşüb.

Gürcüstan Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru David Braqvadze BBC-yə deyib ki, Rusiya bu günə qədər ərazisində heç bir Rusiya hərbçisinin olmadığı Azərbaycanda və münaqişədə hərbi mövcudluğunu bərqərar edərək imzalanmış sazişdən ən çox qazanan tərəfə çevrilib. O hesab edir ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi Qarabağ münaqişəsinin həllinə nəinki kömək etməyəcək, əksinə, uzada bilər.

Göründüyü kimi, Qərb mediasında müxtəlif səpkidə yazılar dərc olunur və əsas vurğu rus sülhməramlılarının “təhlükəliliyi” barədədir.

Buradan çıxan nəticə odur ki, Qərb KİV-lərə hələ uzun müddər rus ordusunun Qarabağdakı fəaliyyətindən yazacaqlar.

Elxan Şahinoğlu: "Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur"

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Qərb dairələri deməsələr belə, sülhməramlıların fəaliyyətindən narazıyıq. “Gah separatçılarla şəkil çəkdirirlər, bayraqları ilə yanaşı rus bayrağı qoyulur. Amma rusların hərbi bazası yaradılacağına inanmıram. Həmin bazanın infrastrukturu, logistik daşımaları olmalıdır. 1960 nəfərlə hərbi baza qurmaq mümkün deyil. Düzdür, Rusiyanın istəyi ola bilər, amma buna imkan verə bilmərik”,- deyə, politoloq qeyd etdi.

E.Şahinoğlu hesab edir ki, Türkiyənin bölgədə olmasını arzulamağımız da məhz bundan irəli gəlir: “Rusiyanın istəklərini Qərb mətbuatı mesaj kimi çatdıra bilər, yəni Azərbaycana təhlükəli planları var. Qərb mediasının dili ilə deyilə bilər ki, bundan narahatıq, guya Azərbaycanla əlaqələrə təsir edəcək. Ancaq müharibə göstərdi ki, Rusiyanın Ermənistanda hərbi bazası oluğu halda Qərb İrəvanı dəstəklədi.

Rus qoşunları və Azərbaycan ordusu Qarabağda » "Dünya" informasiya agentliyi

Azərbaycan Qərblə geniş əməkdaşlıq əlaqələri qurur, Rusiyanın bizdə hərbi bazası yoxdur, amma işğalçıları dəstəklədilər. Xüsusən başda Fransa olmaqla, bir sıra Avropa ölkələri ədalətli mövqe tutmadılar. Ona görə Qərb mediasının yazdıqlarına əhəmiyyət vermədən öz maraqlarımıza fikir verməliyik, rus hərbçilərin Qarabağda sayının artmasına imkan yaratmamalıyıq".

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı