Qarabag Media

Bir “DƏBİLQƏ”nin həyat bəxş etdiyi Qazi...-Müsahibə

Tarix:5-01-2021, 16:54 Baxış Sayı:40 Kateqoriya:Siyasət

Bir “DƏBİLQƏ”nin həyat bəxş etdiyi Qazi...-Müsahibə
Bu gün hər bir Azərbaycan oğlu potensial bir əsgərdir, Vətənimizin müdafiəçisi, keşikçisidir. İnsan olmaq, Vətəndaş olmaq, sakin olmaq, övlad olmaq, ər olmaq, dost olmaq, qardaş olmaq - bütün bunların həndəsi və riyazi toplaması Vətən əsgəri olmaqdır.
Azərbaycanın öz ərazilərini azad etməsi üçün başladığı mübarizədə minlərlə əsgərlərin rəşadət və qəhrəmanlıq tarixi var. Düşmən üzərində qələbəmizin təmin olunmasında hər bir hərbiçimiz kimi onun da öz payı öz haqqı var!

Gəlin, qəhrəmanımızı yaxından tanıyaq...
- Hacı Bayramov Zakir oğlu 16 iyul 2002-ci ildə Xaçmaz rayonun Pərdiqıran kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Hacı Vətənə olan borcunu ödəmək üçün 2020-ci ilin iyul ayında hərbi xidmətə gedib. Müsahibimin sözlərinə görə bu torpaqda onun əcdadları uyuyur. Vətən onun üçün şərəf, qeyrət və ən əsası müqəddəs Ana deməkdir!

Döyüş meydanında baş verənləri, qələbəyə aparan çətin mübarizəni elə qazimizin dilindən eşidək.

Mən, Aybəniz Abdulovanın təqdimatında “Tanıyaq və Tanıdaq” adlı rublikamızın növbəti müsahib qonağı rəşadətli ordumuzun Qalib əsgəri Bayramov Hacı Zakir oğlunun müsahibəsini sizlərə təqdim edirik.

1.Sizin ideal saydığınız hərbçi varmı?
-Bəli var. Təbii ki, mənim ideal saydığım hərbiçi general-mayor Polad Həşimovdur. Çünki, o əsgəri ilə bir səngərdə dayanan General idi.

2. Gələcəkdə övladınızın hərbçi olmasını istərdinizmi?
-Bəli, istərdim. Vətənin daima keşiyində duran oğul atası olmaqdan qürur duyardım.

3. Hacı mənə o yaralandığın günü bütün təfsilatı ilə danışa bilərsən?
- Mən Füzuli rayonunda Vətən müharibəsi zamanı xidmətdə olarkən yaralanmışam. İlk öncə-birinci mənim olduğum səngəri vurdular. Əgər başımda “Dəbilqə” olmasaydı, düşmən tərəfindən atılan güllə başıma dəysəydi , mən çoxdan həyatımı itirərək Şəhid olmuşdum. Məhz , başımdakı “Dəbilqə” mənim həyatımı ölümdən xilas etdi. Ayılanda yaralandığımı gördüm Hərəkət edə bilmirdim. Ayaqlarıma baxdıqda bir ayağımın lap pis vəziyyətdə olduğunu sezdim. Sonra bizi yaralıları tanka qoyaraq təcili ordan uzaqlaşdırmağa başladılar. Biz gedərkən ikinci dəfə tankı vurdular. Tankı od tutmuşdu və tankın qapısı açıq qalmışdı. Tez tankdan çıxdım. Sürünə-sürünə tankdan uzaqlaşmağa çalışdım. Gəzə bilmirdim. Bütün bədənim qan içində idi. Ayaqlarımda və başımda dözülməz ağrılar var idi. Geri çevriləndə bir neçə yoldaşımın da eyni qayda ilə tankdan çıxdığını gördüm. Sonra sürünə-sürünə bir təpənin yanına çatdım. Gözləməyə başladım, daha hərəkət etməyə taqətim yox idi. Orda nə qədər qaldım bilmirəm. Bir də bir neçə əsgərimizin gəldiyini gördüm. Məhz, onlar məni xilas elədilər.

4. Müalicə vaxtı sizə Hərbi Hospitalda necə münasibət bəslənildi?
-Həkimlər mənə Hərbi Hospitalda öz övladları kimi münasibət bəslədilər. İlk dönəmlər vəziyyətim ağır idi. Həkimlərimiz sağ olsun, mənim başımdan bir an belə ayrılmadılar.

5.Ali Baş Komandanın rəhbərliyi ilə bu qələbə xəbəri sizə hansı hissləri yaşatdı?
-Mən qələbə xəbərini eşidəndə çox sevindim. Çünki, özümü dərk etdiyim gündən ən çox eşitmək istədiyim xəbər torpaqlarımızın mənfur düşmən tapdağından azad olunması xəbəri idi.

6.Əgər müharibə yenidən başlasa, səhhətiniz yol verərsə yenidən cəhhəyə getməyə hazırsınızmı?
-Təbii ki, hazıram. Son damla qanıma qədər lazım gələrsə Vətən uğrunda döyüşərəm. Təki Vətən sağ olsun.

7.Bu gün yetişən Azərbaycan gəncliyində vətənpərvərlik ruhu sizi qane edirmi?
-Bəli, gənclərə məsləhətim müharibə dövründə göstərdikləri birliyi və əzmi daima qorusunlar və gələcək nəsillərə ötürsünlər. Vətənimizə layiqli və sadiq övlad olsunlar!

Bəli, Vətənpərvərlik sadəcə orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik.
Mən də müstəqil Azərbaycanın media əməkdaşı olmaqdan qürur duyuram. Bu dövləti sevməyi, sevdirməyi, təbliğ etməyi və müsahiblərimiz Hacı və Mirzə kimi minlərlə vətənpərvər oğullarımızı işıqlandırmağı özümə ən böyük borc bilirəm.

Biz hər zaman bu yöndə gecə-gündüz səngərlərdə xidmət edən əsgərlərimizə dəstək olmalıyıq. Hər birimiz bu Vətənin könüllü əsgərləriyik!
Azərbaycan bizim qürur yerimizdir! Hər birimiz bu torpağın vətəndaşı olduğumuz üçün ona təşəkkür borcumuz var.
Biz Vətənə xidmət borcunu bu torpağa olan mənəvi borc kimi verməliyik! Bizim hər birimiz dövlətimizi,bayrağımızı, Vətənimizi sevməyi və sevdirməyi bacarmalıyıq!
Hər birimiz həyatımızın sonuna kimi Vətənimizə borcluyuq!

“Azia.Az”-ın Xüsusi müxbiri Aybəniz Abdulova Füzuliqızı.

Bir “DƏBİLQƏ”nin həyat bəxş etdiyi Qazi...-Müsahibə
Bir “DƏBİLQƏ”nin həyat bəxş etdiyi Qazi...-Müsahibə
Bir “DƏBİLQƏ”nin həyat bəxş etdiyi Qazi...-Müsahibə
Bir “DƏBİLQƏ”nin həyat bəxş etdiyi Qazi...-Müsahibə

SON XƏBƏRLƏR
BİZ BÖYÜK HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – SEYMUR ORUCOV
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
"Embraer" nümayəndələri AZAL təyyarəsinin qəzasını araşdırmaq üçün Aktauya gediblər 25 5 A-
Əsma Əsəd təcrid olunub
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA
Bu gün Azərbaycanda matəmdir
Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək
Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanda qəzaya uğrayıb
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ ad gününüz mübarək
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Türkiyə Suriyaya ərzaq yardımı göndərdi
Yaxın ŞərqTürkiyə-İsrail toqquşması: Suriyada gözlənilən dəhşətli ssenari
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Generalın qətlində Baydenin oğlunun əli var
Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİBmaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB