Yeni Səhifə

Rəşadətli Ordumuzun MÜZƏFFƏR Zabiti…-Müsahibə

Tarix:8-01-2021, 21:49 Baxış Sayı:51 Kateqoriya:Siyasət

Rəşadətli Ordumuzun MÜZƏFFƏR Zabiti…-Müsahibə
Hər bir insan taleyində keşmə-keşli, çətin günlər əlbəttə ki, var. Uşaqlıq...

Həyatın ən gözəl çağları. Heç nəyi anlamayan uşaq hələ onu sevən, qayğısına qalan valideynlərinin əhatəsində böyüyür, valideynləri onu nəinki hər şeylə təmin edir, həm də uşaqda onun gələcəyinə təsir göstərəcək dəyərlərin formalaşmasına köməklik göstərirlər.

Bəs, bütün bunlardan məhrum olan uşaqlar necə yaşayırlar?

Uşaq evlərində böyüyən şəxslər bu acını daha çox dadanlardır. Həyatın içərisində itib-batmamaq yalnız onların istedadı, fərasəti, yaşamaq uğrunda şəxsi inadları, xarakteri və ən əsası qarşısına çıxan xeyirxah insanlara bağlı olur.

Dəyərli “Azərbaycan İnformasiya Agentliyi”nin izləyiciləri mən, Aybəniz Abdulovanın təqdimatında “Tanıyaq və Tanıdaq” adlı rublikamızın növbəti müsahib qəhrəman qonağı olan və bir zamanlar uşaq evində böyüyən, bu gün isə Azərbaycan ordusunda xidməti vəzifəsini yerinə yetirərkən yaralanmış hərbiçimiz Mirzə ilə tanış edəcəyik.

Mirzə lap kiçik yaşlarından uşaq evinə gətirilib. Müsahibimin dediyinə görə, uşaq evində böyüməsindən aslı olmayaraq insan əmək sərf edərək, çalışaraq arzuladığı uğuru, zirvəni zamanla əldə edə bilər....

Əhmədov Mirzə Eldar oğlu 26 avqust 1991-ci ildə Bakı şəhərində anadan olub, orta təhsillidir. O, Azərbaycan Ordusunda 4 oktyabr 2009-ci illərdə hərbi xidmətdə olub.Daha sonra Hərbi xidmətə 2009-cu ilin may ayından Artilleriya bölgəsində başlayıb. Həqiqi Hərbi Xidmətini Milli Ordunun Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində başa vuran Mirzə 18 ay xidməti boyunca bir çox uğurlu əks-həmlə əməliyyatlarında iştirak edib, vəzifəsi manqa komandiri və rütbəsi kiçik çavuş olan Mirzə düşmən təxribatının qarşısını alarkən özü hərbiçi olmaqla, bir neçə əsgər yoldaşları ilə bərabər yaralanıb.

Müsahibim üçün Vətən və Torpaq müqəddəs və doğma olduğundan, onun təfəkküründə Ana, Xalq və Millət deməkdir!
Hərbiçi olmağı özünə şərəfli peşə bilən Mirzə ailəlidir. Övladı yoxdur.

Döyüş meydanında baş verənləri, qələbəyə aparan çətin mübarizəni elə Hərbiçimizin dilindən eşidək.

1.Sizcə, əsl hərbiçi üçün döyüş meydanında hərbi rütbə nə dərəcədə əhəmiyyət kəsb edir?
-Əsl hərbiçi üçün döyüş meydanında rütbə heç bir əhəmiyyət kəsb etmir. Yetər ki, təcrübə, peşəkarlıq və döyüş ruhu olsun. Çünki, əsgər və zabit döyüş meydanında bərabərdir.

2.Sizin ideal saydığınız hərbçi varmı?
-Mənim ideal saydığım hərbiçimiz və milli qəhrəmanımız general-mayor Polad Həşimov və Mübariz İbrahimovdur!

3. Gələcəkdə övladınızın hərbçi olmasını istərdinizmi?
-Bəli, gələcəkdə övladımın hərbiçi olmasını istərdim.

4.Necə oldu ki, yaralandınız?
-Mən, sentyabrın 27-si "N" saylı hərbi hissədən yollanmışam Füzuli rayonuna. Məhz, orada bizim qızğın döyüşlərimiz başlayıb. Mən 82 mm-lik minaatan batalyonda olmuşam.21 oktyabr tarixində mən Füzulinin Hadrut istiqamətində gedən döyüşlərdə mərmi partlaması zamanı yaralanmışam.

Hadisə zamanı mənim tabor komandirim cənab baş leytenant Babayev Vüsal, manqa komandiri Teyyub Təkkəzov şəhid oldu.
Onu da qeyd edim ki, göydə Allah yerdə mənim sağ qalmağıma səbəb olan bir könüllü igidimiz Əsədov Tural oldu.

O, mənim irəliyə sürünərək gəlmək istədiyimi görüb, dərhal mənə kömək edərək Hərbi sanitar maşınına mindirmişdi. Məni ordan Bakıya Hərbi Hospitala gətirdilər. Ondan çox çox razıyam, Allah onun canını sağ eləsin!

5.Müalicə vaxtı sizə Hərbi Hospitalda necə münasibət bəslənildi?
-Müalicə vaxtı mənə yaxşı hörmət, diqqət və qayğı göstərildi.

6.Ali Baş Komandanın rəhbərliyi ilə bu qələbə xəbəri sizə hansı hissləri yaşatdı?
-Ali Baş Komandanın əmri məni çox sevindirdi və çox gözəl sevinc hissi keçirtdim.

7.Əgər müharibə yenidən başlasa, səhhətiniz yol verərsə yenidən cəhhəyə getməyə hazırsınızmı?
-Vətənimizi, millətimizi qorumaq səbəbindən və torpaqlarımızı düşmən tapdağından azad etmək üçün əlbəttə, yaralı canımla da getməyə bəli, hazıram!

8. Bu gün yetişən Azərbaycan gəncliyində vətənpərvərlik ruhu sizi qane edirmi?
-Arzu edirəm ki, savadlı və vətənpərvər olsunlar. Gələcəkdə hərbiçi peşəsinə layiq olsunlar.

Mən də media əməkdaşı olaraq bu məqaləmlə sizlərə Vətən və Torpaq uğrunda fədakarcasına döyüşərkən Qazi olan bir qəhrəmanımızın həm acı, həm də fəxarət dolu həyat hekayəsini işqlandırmaqla, Vətən və Torpaq uğrunda döyüşlər zamanı qazi və şəhid olmuş Azərbaycanımızın qəhrəman oğullarını heç vaxt unudulmayacağını və daim qəlblərimizdə yaşayacağını bildirmək istədim!

Yaşasın, Azərbaycanımızın tarixinə Qələbə yazmış Rəşadətli Ordumuz və Ali Baş Komandirimiz Cənab İlham Əliyev!

“Azia.Az”-ın Xüsusi müxbiri Aybəniz Abdulova Füzuliqızı.

Rəşadətli Ordumuzun MÜZƏFFƏR Zabiti…-Müsahibə
Rəşadətli Ordumuzun MÜZƏFFƏR Zabiti…-Müsahibə
Rəşadətli Ordumuzun MÜZƏFFƏR Zabiti…-Müsahibə
Rəşadətli Ordumuzun MÜZƏFFƏR Zabiti…-Müsahibə
Rəşadətli Ordumuzun MÜZƏFFƏR Zabiti…-Müsahibə
Rəşadətli Ordumuzun MÜZƏFFƏR Zabiti…-Müsahibə
Rəşadətli Ordumuzun MÜZƏFFƏR Zabiti…-Müsahibə

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı