Yeni Səhifə

SON DƏQİQƏ: Prezident bəyan etdi-Hər kəsin gözlədiyi...

Tarix:9-01-2021, 21:20 Baxış Sayı:49 Kateqoriya:Siyasət

SON DƏQİQƏ: Prezident bəyan etdi-Hər kəsin gözlədiyi...
Ermənistan rəhbərliyinə məsləhət görürəm ki, qalib ölkənin qalib Prezidenti və onun Müzəffər Ordusuna qarşı diqqətli olsun. Ölkə başçısı Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə səfərinə cavab olaraq İrəvana, əslində isə onun havadarlarına ciddi xəbərdarlıq etdi. Məncə, bu xəbərdarlıq gözardı edilməməlidir. Çünki axırıncı dəfə bunun nəticələrini bütün dünya gördü.

yenisehife.az bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə, hələlik rus sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə səfəri haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, Prezidentin xəbərdarlığının nəticəsi olacaq:

“Xatırlayırsınızsa, 44 günlük müharibəyə qədər Ermənistandan bir yox, bir neçə rəsmi şəxs, eləcə də Baş nazir Nikol Paşinyan Azərbaycan torpaqlarına qanunsuz səfərlər etmişdi. Hətta Nikol sərxoş halda Cıdır düzündə rəqs edib, sərsəm bəyanatlar da vermişdi. O vaxt ölkə başçısı təmkinli davranaraq düşməni xəbərdar etmiş, bu hallardan çəkindirməyə çalışmışdı. Lakin nəticəsi olmadı və Ali Baş Komandanın əmri ilə Ordumuz əks-hücum əməliyyatlarına başladı, 44 günlük müharibə bizim qələbəmizlə başa çatdı. Məhz bundan sonra ölkə başçısının məşhur “Noldu Paşinyan?” ifadəsi ortaya çıxdı.

Görünür, düşmən yaşadığı dəhşətdən dərs çıxarmayan, islaholunmaz bir avantüristdir. Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə səfəri Ermənistanın müharibədən dərs çıxarmadığını göstərir. Təsadüfi deyil ki, ölkə başçısı “unutmasınlar ki, Dəmir Yumruq yerindədir” ifadəsini işlətdi. Yəni müharibə hər an yenidən başlaya bilər. Ermənistan artıq bizə bunun üçün real əsaslar verir. Azərbaycan Ordusu hələ də yüksək döyüş vəziyyətindədir. Bəs Ermənistan? O yeni bir müharibəyə hazırdırmı? Şübhəsiz, rəsmi İrəvanın havadarları yenə ona boş vədlər verir, ancaq real mənzərə ondan ibarətdir ki, bu gün Ermənistanda döyüşməyə adam qalmayıb. Lakin Azərbaycan da, onun qalib Ordusu da tam tərkibdə yeni bir müharibəyə hazırdır. Ali Baş Komandanın dediyi kimi, “Dəmir Yumruq yerindədir!”

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı