Yeni Səhifə

Mülklərini satışa çıxaran eks-nazirin sərvəti – Siyahı

Tarix:12-02-2021, 12:52 Baxış Sayı:60 Kateqoriya:Siyasət

Mülklərini satışa çıxaran eks-nazirin sərvəti – Siyahı
Ötən gün mülklərinin bir çoxunu satışa çıxarması ilə gündəmə gələn sabiq vergilər naziri Fazil Məmmədovun sərvətini təkcə həmin obyektlər təşkil etmir.

17 il nazir postunda əyləşən Fazil Məmmədovun varidatı yüzmilyonlarla ölçülür.

2017-ci ildə vəzifədən azad edilən Fazil Məmmədova ən böyük gəlir gətirən isə Sinerji Qrup MMC şirkətlər qrupudur. Bu qrupa rəsmi olaraq 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. “Sinerci Qrup”un tərkibindəki “Exselsior Otel Şəmkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Şəmkirdə yerləşir. Treydhaus Kaspian Kost Vayneri end Vaynyards MMC isə Rusiya Federasiyasında fәaliyyәt göstәrir.

Sabiq nazirin ata yurdu Şəmkirdə olan sərvəti bununla bitmir. Şəmkir-Quşçuluq MMC, 200-ə yaxın istixana, Zəyəmkəndmaş zavodu, Şəmkir Ət-süd MMC, "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, “Şəmkir səbəti” hipermarketi və bir çox şirkət və obyeklər də nazirə məxsusdur.

Gədəbəydə isə “Eldorado” oteli, “Narzan” istirahət zonasındakı istirahət mərkəzlərinin və rayondakı bir çox obyeklərin də F.Məmmədova aid olduğu deyilir.

F.Məmmədovun nazir olarkən ölkədən xaricə 4.5 milyard manat çıxarmasına dair söyləntilər isə boşuna deyil. Belə ki, sabiq nazirin biznes şəbəkəsi Ukrayna, Rusiya, Çexiya və Almaniyaya da uzanır. Onun Kiyevdə 5 ulduzlu “11 Mirros Dizayn” oteli, siqaret, təkər zavodu və "Vladimirski” adlı böyük bazarı var. Sabiq nazir Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks otelə sahibdir. Həmin otel isə "Mir” adlanır.

Sabiq nazirin Çexiyada turistik zonaları və Almaniyada iki fabriki olmasına dair iddialar da vaxtaşırı mediada tirajlanıb./correct.az/

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı