Yeni Səhifə

Nəcməddin Sadıqovun işdən azad olunması ilə bağlı SENSASSİON AÇIQLAMA

Tarix:19-02-2021, 21:42 Baxış Sayı:47 Kateqoriya:Siyasət

Nəcməddin Sadıqovun işdən azad olunması ilə bağlı SENSASSİON AÇIQLAMA
Səfər Əbiyev kimi nazir, Nəcməddin Sadıqov kimi Baş Qərargah rəisi sadəcə, biabırçılıq idi. Hamısı da general-polkovnik rütbəsi daşıyır.

yenisehife.az xəbər verir ki, bu sözləri “Babat debat” Yutub kanalındakı müsahibəsində uzun illər hərbi və mülki prokurorluq sistemində çalışan, “döyüşçü prokuror” olaraq təqdim edilən Fərman Rzayev deyib.

O, maraqlı bir tarixi faktı açıqlayıb:

“Valeh Barşadlı vardı, rəhmətlik, əsl peşəkar general, Ulu öndər Heydər Əliyevin yetirməsi idi. Səfər Əbiyevə dedi ki, sən necə gəlib Qərargaha çıxmısan? O vaxt Səfər Əbiyev Qərargah rəisinin müavini idi. Ona dedi ki, mən sənə tağım da etibar etməzdim. Amma bu adam gəlib müdafiə naziri oldu”.

F.Rzayev Səfər Əbiyevin müdafiə naziri olmasının səbəblərinə də toxunub. İddia edib ki, onu “5-ci kolon” vəzifəyə gətirib:

“Bunlar şimal qonşumuzun tör-töküntüləridir. O cümlədən Nəcməddin Sadıqov. Ordumuzdan qovulandan sonra onun haqda Rusiya kanallarında bildirilir ki, “qoy, Azərbaycan unutmasın ki, onun ordusunu Nəcməddin Sadıqov qurub”. Necə qurub? Nəcməddin Azərbaycan ordusunu dağıdıb, o, xəyanətkardır”.

O, Milli Qəhrəman Fəxrəddin Cəbrayılovun ordudan uzaqlaşdırılmasını da xəyanət kimi qiymətləndirib.

“Xüsusi idarədə işləyirdi, İlqar Mazanov, onun müavini İlqar Səfərov… – canavar kimi əsgərlər idi. Bu xüsusi təyinatlılar 2016-cı ilin aprel savaşında irəli atıldılar, döyüşə-döyüşə haralara qədər aldılar. Ancaq arxadan kömək gəlmədi, onlar mühasirəyə düşdülər. Sonra özləri mühasirədən çıxmışdılar, döyüşə-döyüşə – ölən öldü, yaralanan yaralandı”, – o bildirib.

F.Rzayev iddia edib ki, İkinci Qarabağ savaşının ilk günündə Ordumuz itkilərə məruz qalıb:

“Taktikanı kim qururdu? Əlbəttə ki, Baş Qərargah rəisi Nəcməddin Sadıqov. Nəcməddin ordumuzu tələyə saldı, hücumu sağa istiqamətləndirdi, Ağdama doğru. Hansı ki, 30 ildir ermənilər tunellər, istehkamlar, tələləri məhz orda qurublar. Nəcməddin ermənilərin ən güclü olduğu istiqamətə hücum planı hazırlamışdı.

Nəcməddin, hətta, əmr vermişdi ki, türk komandanlarını nazirliyə, qərargahlara yaxın buraxmayın! İlk itkilərimiz də o istiqamətdə oldu. Ancaq yenə də cənab Prezident! İlham Əliyev gənc olsa da, sanki 100 ilin komandanıdır, Suvorov kimi. Ona xəbər çatan kimi Baş Qərargaha gəldi, məsuliyyəti öz üzərinə götürdü, əməliyyatlardan Baş Qərargah rəisini və naziri uzaqlaşdırdı, birbaşa döyüş meydanlarındakı korpus komandirlərini çağırdı, dərhal tapşırıqlarını verdi, əməliyyatın istiqamətini və taktikasını dəyişdirdi. Ordumuz anında cənubdan girib, ermənilərin darmadağınının əsasını qoydu”. (bakupost.az)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı