Rusiya Ermənistana göndərmək məqsədilə Suriyanın cənubunda muzdlular toplayır.
Bu barədə kanadalı jurnalist Nil Hauer özünün “Twitter” səhifəsində yazıb.
“Etibarlı mənbə xəbər verib ki, Rusiya Ermənistana göndərmək üçün “Vaqner” özəl hərbi şirkəti vasitəsilə Suriyanın cənubunda muzdlular toplayır. Əvvəllər Rusiya suruyalı döyüşçülərdən Livanda istifadə edərkən də bu şirkətin xidmətlərindən yararlanmışdı”, - deyə jurnalist qeyd edib.
“Sueyd əl-Rased” müstəqil xəbər portalının məmlumatına görə, “Vaqner” Ermənistana göndərmək üçün Suriyanın Sueyd şəhərindən 73 muzdlu toplayıb. Muzdluların məvacibi 6 aylıq müqavilə ilə 2700-3000 dollar arasındadır. Xəbərə əsasən, əvvəllər “Vaqner” Liviya döyüşləri üçün də muzdlular yığıb.
Qeyd edək ki, Nil Hauer Suriya, Qafqaz və Rusiya üzrə ixtisaslaşmış müstəqil şərhçidir.