Müğənni-bəstəkar Murad Arif "Avroviziya" mahnı müsabiqəsi üçün yazdığı mahnılardan danışıb.
Axşam.az xəbər verir ki, sənətçi Xalq artisti Aygün Kazımovanın məşhur "Şou N1" mahnısının da sözügedən yarışma üçün bəstələndiyini deyib:
"Sonra Aygün Kazımovaya verdim mahnını. Daha sonra "Qələbə" mahnısını da müsabiqə üçün ingilis dilində yazdım. Ötən il də bir mahnı yazmışdım, keçmədi. Onu Sevda Ələkbərzadə ilə duet şəklində oxuyacağam. Gözəl bir işdir. 4-5 mahnı göndərmişəm, iki gündən sonra xarici bir mahnını klipi ilə çıxardıblar. Bunu necə edə bilərsiniz?".