Arnold Şvartseneggerin oğlu Cozef Baena "Called to Duty" filmində baş rolu ifa edib.
Film iyulun 1-də striminq platformalarında və kabel televiziyasında yayımlanacaq.
Süjetə əsasən, Amerika Birləşmiş Ştatları gizli bir ada ölkəsindən ballistik raketlərlə təhdid edilir. Ölkələri üçün dəhşətli nəticələrin qarşısını almaq üçün amerikalılar qabaqlayıcı zərbə endirməlidirlər. Bu missiya elit qadın pilot komandasına və Baena tərəfindən canlandırılan leytenant Endryu Harrisə tapşırılır.
Qeyd olunur ki, çəkilişlər Nyu-Cersi ştatındakı regional hava limanında, aviasiya muzeyində və Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisində aparılıb.