Yeni Səhifə

BDU-nun 100 illiyinə həsr olunmuş bilik yarışması

Tarix:25-04-2019, 13:28 Baxış Sayı:146 Kateqoriya:Təhsil

BDU-nun 100 illiyinə həsr olunmuş bilik yarışması



SABAH qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışmasının qaliblərinin mükafatalandırılma mərasimi keçirilib.

Əvvəlcə BDU-nun 100 illik tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev bilik yarışmasının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, tələbələr onlara yaradılan imkanlardan düzgün bəhrələnməli, gələcəyin layiqli vətəndaşı kimi yetişməli, ölkənin rifahı, davamlı inkişafı naminə çalışmalıdırlar. Rektor bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizdə ali təhsil sahəsində aparılan siyasətin müsbət nəticəsini verdiyini qeyd edib. Nazir müavini bildirib ki, bu sahədə həyata keçirilən islahatların əsas məqsədi təhsilin maddi-texniki bazasının yüksəldilməsinə nail olmaq, keyfiyyətinin müasir tələblərə cavab verməsini təmin etməkdir. Eyni zamanda Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına nail olmaq, əmək bazarının tələblərinə uyğun savadlı, bacarıqlı və hazırlıqlı gənclər yetişdirmək əsas hədəflərdəndir.

SABAH qrupları barədə danışan Firudin Qurbanov bilik yarışını tələbələrin təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində, eləcə də, peşəkar kadr kimi yetişməsində mühüm addım kimi qiymətləndirib.
Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. Bildirilib ki, bilik yarışmasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.

İştirakçıların sayı ötən illə müqayisədə 40 faiz artıb və ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçən SABAH tələbəsini əhatə edib. Hər nominasiya üzrə üç nəfər olmaqla 9 nəfər qalib olub.

Riyaziyyat ixtisası üzrə bilik yarışmasında BDU-nun riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Süleyman Bağırov, müəllimlik ixtisası üzrə yarışda BDU-nun psixologiya ixtisasının II kurs tələbəsi Mərziyyə Əzməmmədova I yerin qalibi olublar.

Qeyd edək ki, BDU-nun riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Süleyman Bağırov həmçinin informasiya texnologiyaları ixtisası üzrə bilik yarışmasında I yerin qalibi olub.

Tədbir SABAH qrupları himninin sədaları altında bilik yarışmasının təşkili və SABAH qruplarının fəaliyyətini əks etdirən videoçarxların nümayişi ilə başa çatıb.

Xatırladaq ki, ikinci ildir keçirilən bilik yarışmasının məqsədi SABAH qrupları tələbələrinin elmi, yaradıcılıq potensialının üzə çıxarılması və nümayiş etdirilməsi, elmi-yaradıcı təşəbbüslərə həvəsləndirilməsi, araşdırma fəaliyyətinə təşviq edilməsi üçün əlverişli şəraitin yaradılmasıdır

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı