"Hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanları elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək. Bu günə olan statistikaya görə 75 692 nəfər sənəd verib. Onlardan 12 853-ü əvvəlki illərin məzunlarıdır”.
"Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O vurğulayıb ki, əvvəlki illərin məzunları ilə əlaqəli hələ ki cədvəl tutulmayıb: "Ola bilsin rəqəmlərdə müəyyən dəyişikliklər olsun”