Qarabag Media

Ədalət Camalova təhsilimizin fəxridir

Tarix:11-09-2020, 12:13 Baxış Sayı:254 Kateqoriya:Təhsil

Ədalət Camalova təhsilimizin fəxridir
YAP idarə heyətinin üzvü, “Tərəqqi” medallıMüəllilik missiyası ilahi bir missiyadır. Cəmiyyətin inkişafının bütün mərhələlərində məktəb məbədgah, ziya, işıq, nur paylayan müqəddəs yer, müəllimlər isə bu missiyanın daşıyıcıları olublar. Müəllimin əməyi Allahın xəlq etmə dühasının davamıdır. İnsanın kamilləşməsi, əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı onun aldığı təhsil-tərbiyədən və bu prosesi düzgün diaqnozlaşdıran, proqnozlaşdıran, layihələşdirən və həyata keçirən müəllimlərdən asılıdır. Müəllimlər hər bir insanın yaşına, gücünə, fərdi və psixoloji xüsusiyyətlərinə, fiziki sağlamlığına, qabiliyyətinə uyğun olaraq onların şüuruna, hisslərinə və davranışına təsir göstərir. İnsan da bu tərbiyəvi təsir vasitəsi ilə dəyişir, kamilləşir, onda əqli, əxlaqi, etik, estetik, fiziki mədəniyyət formalaşır. Bu kimi yüksək əxlaqi keyfiyyətləri isə müəllim aşılayır. Müəllim təhsil-tərbiyəsi ilə məşğul olduğu insanın qəlbinə elə bir işıq salır ki, o, haqqı nahaqdan, yaxşını pisdən ayıra bilər. Müdriklər müəllimi insanlığı aydınlığa çıxaran işığa bənzədirlər. İnsan deyəndə ilk növbədə onun əxlaqı nəzərdə tutulur. Millətlərin və dövlətlərin xilası yalnız və yalnız müəllimlərdən asılıdır. Müəllimlər hər bir insanın yaşına, gücünə, fərdi və psixoloji xüsusiyyətlərinə, fiziki sağlamlığına, qabiliyyətinə uyğun olaraq onların şüuruna, hisslərinə və davranışına təsir göstərir. İnsan da bu tərbiyəvi təsir vasitəsi ilə dəyişir, kamilləşir, onda əqli, əxlaqi, etik, estetik, fiziki mədəniyyət formalaşır. Bu kimi yüksək əxlaqi keyfiyyətləri isə müəllim aşılayır. Müəllim təhsil-tərbiyəsi ilə məşğul olduğu insanın qəlbinə elə bir işıq salır ki, o, haqqı nahaqdan, yaxşını pisdən ayıra bilər.

Əbəs yerə demirlər ki, millət məktəbdə doğulur, məktəbdə ölür. Ayrı-ayrı insanlar dünyaya gəldiklərinə görə valideynlərinə, millətlər isə məktəbə və müəllimə borcludur. Millət necə yaşayırsa, elə də oxuyur, necə oxuyursa elə də yaşayır. Bu müqəddəs və şərəfli missiyanı özünün həyat amalına çevirən, öz peşəsinin vurğunu, əsl təhsil fədailərindən biri də Ədalət xanımdır.
Camalova Ədalət Camal qızı 21 fevral 1957-ci ildə Qax rayonunda anadan olub. Orta təhsilini Balakən rayon Nizami adına 1 saylı tam orta məktəbdə başa vurmuş, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1974-1988-ci illərdə Balakən rayon Partiya Komitəsi Təşkilat şöbəsində təlimatçı, 1988-2010-cu illərdə Balakən rayon Akif Həsənov adına Körpələr evi-uşaq bağçasında müdir işləyib. 2010-cu ildən hal-hazıradək Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktorudur.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. doktorantdır. 2009-cu ildə Bələdiyyə seçkilərində fəal iştirak etmişdir.
2018-2019-cu illərdə məktəbin pedoqoji kollektivi Azərbaycan Respublikasının Təhsil Qanununu əsas götürərək, məktəbin təhsilin inkişafındakı rolunu müəyyənləşdirmiş və qarşıya qoyulan vəzifələri həyata keçirilməsi üçün bütün imkanlardan istifadə etmişdir.
2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi Təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, 550 nömrəli əmrində və “müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin əmri irəli gələn vəzifələri yerinə yetirilməsi hədəf olaraq qarşıya qoyulmuşdur.

2019-2020-ci il dərs ilində məktəbdə 5317 şagirdi əhatə edən 190 sinif təşkil edilmişdir. Həmin şagirdlərin təlim tərbiyəsi ilə 464 nəfər müəllim məşğul olur.

Məktəbdə Azərbaycan və rus bölməsi fəaliyyət göstərir. Məktəb 3 növbəlidir. Keçən dərs ilində məktəbi 242 şagird bitirmiş və onlar tam orta təhsil haqqında attestat almışdır. Onlardan 8 nəfəri fərqlənmə attestatı, 1 nəfəri isə xüsusi fərqlənmə attestatı almış, qızıl medala layiq görülmüşdür. 155 nəfər şagird ali məktəblərə qəbul olunmuşdur. IX sinifləri isə 333 nəfər şagird bitirib və ümumi orta təhsil haqqında attestat almışdır. Onlardan 10 nəfəri nəaliyyətlərinə görə fərqlənmə attestatı almışdır.

2019-2020-ci dərs ilində məktəb “Tədrisin keyfiyyətinin yüksəldilməsi” probleminə daha çox diqqət yetiriləcəkdir.

Məlum olduğu kimi ölkəmizdə son illərdə sosial quruculuq elmi texniki yeniliklər respublikamızın dünya ölkələri arasında getdikcə nüfuzunun artması beynəlxalq arenada Azərbaycanın öz sözünü deməsi heç şübhə yoxdu ki, ölkə daxilində dövlətin təhsilə verdiyi böyük zəhmətin məhsuludur. Təbii ki, biz müəllimlər dövlətimizin, xalqımızın qarşısında təhsilin önəmli istiqamətlərini dərindən başa düşür və onun həyata keçirilməsinə müvəffəqiyyətlə səy göstərir.

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən 2018-2019-cu dərs ili “Təhsildə keyfiyyət ili”nin davam etdirilməsi məqsədə müvafiq hesab edilmişdir. Bu baxımdan məktəbdə dərs ilinin əvvəlində illik pedoqoji fəaliyyətin əsas istiqamətlərini müəyyən edən zaman müəllimlərin peşə ustalığının artırılması və şagirdlərin yüksək təlim və tərbiyə almalarının yollarını bir vəzifə olaraq qarşıya qoyublar. Fərəhli haldır ki, ilin nəticələrini araşdıran zaman məlum oldu ki, bu sahədə pedoqoji fəaliyyət düzgün yoldadır.

Təhsil nazirinin keçirdiyi I QRAND müsabiqənin qalibi məktəbin ingilis dili müəllimi Həsənova Elnarə Elxan qızı “İngilis dilini əylənərək öyrən” müsabiqəsinin qalibi olmuşdur.

Təhsil nazirinin keçirdiyi II QRAND “Dinamik təhsil” lahiyəsinin qalibi məktəbin direktoru, Tərəqqi medalına layiq görülmüş,BDU-nun doktorantı, dil-ədəbiyyat müəllimi Camalova Ədalət Camal qızı olmuşdur.

İşlədiyi dövrdə məktəb 2 dəfə “İlin məktəbi” adına layiq görülmüş, Təhsil Nazirliyinin keçirdiyi QRAND layihəsində iştirak etmiş və məktəb “Dinamik təhsil” adlı layihənin qalibi olmuşdur. Hal-hazırda BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının doktorantıdır. “Yeniyetmələrin Azərbaycançılıq ruhunda tərbiyəsi üzrə işin sistemi” mövzusu ilə müxtəlif xarici ölkələrin və Azərbaycanın nüfuzlu jurnallarında yazıları dərc edilir. 25-ə yaxın elmi əsərləri müxtəlif mətbu orqanlarda çap olunmuşdur. “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

yenisehife.az

SON XƏBƏRLƏR
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
"Embraer" nümayəndələri AZAL təyyarəsinin qəzasını araşdırmaq üçün Aktauya gediblər 25 5 A-
Əsma Əsəd təcrid olunub
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA
Bu gün Azərbaycanda matəmdir
Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək
Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanda qəzaya uğrayıb
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ ad gününüz mübarək
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Türkiyə Suriyaya ərzaq yardımı göndərdi
Yaxın ŞərqTürkiyə-İsrail toqquşması: Suriyada gözlənilən dəhşətli ssenari
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Generalın qətlində Baydenin oğlunun əli var
Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİBmaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT!