Yeni Səhifə

AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQINDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB

Tarix:25-02-2022, 18:28 Baxış Sayı:39 Kateqoriya:Gündəm / Cəmiyyət

AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQINDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB


AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQINDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB

Fevralın 25-də AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
Professor Habil Qurbanov bu il fevralın 26-sı bəşəriyyət tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 30 il ötdüyünü bildirib, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri barədə ətraflı məlumat verib. O, Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Daha sonra Xocalı faciəsində, həmçinin ölkəmizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın azad olunması uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda AHİ sədri yanvarın 28-də Prezident İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncam imzaladığı və Sərəncama uyğun olaraq tədbirlər planının hazırlandığı bildirib. Qeyd edib ki, Sərəncamda Xocalı soyqırımına hüquqi qiymətin verilməsi və bu dəhşətli faciəni törədənlərin öz layiqli cəzalarını alacaqları da əksini tapıb.
Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayan Habil Qurbanov dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib: “Azərbaycan Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır, məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq dünya ictimaiyyəti, əksər dövlətlər və bir çox beynəlxalq təşkilatlar soyqırımı barədə ətraflı məlumatlara malikdirlər və Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələri və nüfuzlu təşkilatları tərəfindən rəsmən tanınıb. ABŞ-ın 25-dən artıq ştatının icra və qanunvericilik orqanları tərəfindən Xocalı faciəsi qətliam kimi qiymətləndirilərək qətiyyətlə pislənilib”.
Habil Qurbanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında son dərəcə mühüm rol oynadığını, Ermənistan tərəfinin yuxarıda qeyd edilən çoxillik dezinformasiya və təhrif fəaliyyətinə sarsıdıcı zərbə endirdiyini söyləyib.
O, bu yaxınlarda Xocavəndin Edilli kəndində kütləvi məzarlığın aşkarlandığını və bu məzarlıqda ermənilər tərəfindən 15-20 azərbaycanlının basdırıldığının ehtimal olunduğunu da diqqətə çatdırıb.
2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışan AHİ sədri şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Tədbirdə digər çıxış edənlər Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu deyib, həmin günlərin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini bildiriblər.
Daha sonra Habil Qurbanov uzun illər Həmkarlar İttifaqının sədri vəzifəsində çalışmış professor Adil Mirabdullayevin 75 illik yubileyi münasibətilə AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunduğunu bildirib. O, Fəxri fərmanı A.Mirabdullayevə təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.
İclasda, həmçinin AHİ-nin yeni seçilmiş ilk təşkilatlarının sədrləri səsvermə yolu ilə təsdiq olunublar.
Belə ki, Taleh Hacıyev AMEA Rəyaət Heyəti, Pirağa İsmayılzadə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Aqil Mustafayev Şəki Regional Elmi Mərkəzi, Səadət Xudaverdiyeva Molekulyar Biologiya və Biotexnologiyalar, eləcə də Gülnarə Aslanova Zoologiya İnstitutunun həmkarlar təşkilatının sədri seçiliblər, onların Məclisə üzvlüyü təsdiqlənib.
Sonda bir sıra cari məsələlərə baxılıb, təkliflər səsləndirilib, tövsiyələr verilib.
AHİ sədri rəhbərlik etdiyi ittifaq tərəfindən AMEA-da elmi fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyətinə dəstək vermək, onların əməyini qiymətləndirmək üçün lazımi işlərin görüldüyünü, həmçinin aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması istiqamətində müvafiq işlərin həyata keçirildiyini, eləcə də şəhid ailələri və qazilərimizə mütəmadi olaraq yardımların edildiyini bildirib. O, AMEA işçilərinin mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması məqsədi ilə teatr və konsertlərə biletlərin verildiyini də vurğulayıb.


AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQINDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB
AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQINDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB




YENİSEHİFE.AZ

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı