Yeni Səhifə

Sahil Babayevin işçilərinin DƏFN PULU özbaşınalığı... - NARAZILIQ...

Tarix:18-09-2020, 12:38 Baxış Sayı:60 Kateqoriya:İqtisadiyyat

Sahil Babayevin işçilərinin DƏFN PULU özbaşınalığı... - NARAZILIQ...
Saatlının Sarıcalar kənd orta məktəbində uzun illər Azərbaycan dili və ədəbiyyatdan dərs deyən Həmayə Vəlişova iyunun 13-də vəfat edib. Amma onun yaxınları dəfn pulunu ala bilmədiklərini deyirlər. DİA.AZ-ın məlumatına görə, həmayə müəllimənin oğlu Anar Vəlişov danışır ki, anasının qırx mərasimi başa çatmamış Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə müraciət edib. Ona gecikdiyini bildiriblər. Anar Vəlişovun bütün cəhdləri boşa çıxıb: “Əlbəttə, mənə anam lazım idi, pulu yox. Amma adamı yandırır. Mənə təsir eləyən odur ki, gör neçə adamı aldadırlar. Cəmi 46 manat 10 qəpik verdilər. Guya pensiya alınandan üç gün sonra ölüb deyə, o günləri hesablayıb veriblər. Sosial Müdafiə Fondunun rayon şöbəsinə getdim, dedilər, gərək tez gələydiniz. Necə tez gələydim?! Mənim ölüm ortalıqda idi. Pul haqqında düşünmək vaxtı deyildi. Bir az baş açılandan sonra getdim. Hətta dedim ki, heç olmasa, yarısını verin. Dedilər, düzələn məsələ deyil. Qulaq asan olmadı. Eşitdim ki, 600 manat verilməsi normativi çıxıb. Biz heç bu pulu da görməmişik”.

Anar Vəlişov deyir ki, anası əvvəl 968 manat təqaüd alırmış. Sonra məbləğ bir az da artıb. Qadın vəfat edəndə aylıq təqaüdü təxminən 990-995 manat imiş.

“2016-cı ildə həm staja, həm də üç uşağa görə təqaüdə çıxmışdı. 968 manat dəqiq yadımda qalıb. Pensiyanın baza hissəsi 10 ildən bir artır. Onda məbləğ 1000 manata yaxınlaşmışdı. Məktəbdən hesablaşanda da hər şeyi nəzərə almışdılar. Necə lazımdısa, sağollaşmışdılar. Çox vicdanlı davranmışdılar. Hətta artıq verdilər. Götürmək də istəmirdik. Dedilər ki, hesab eləyin, yas xərclərinə kömək eləmişik”, - Anar Vəlişov belə deyir.

Onun sözlərinə görə, vəfat edən şəxsin təqaüdünün üç misli qədər dəfn pulu verilməlidir.

Həmayə Vəlişovanın 65 yaşı tamam olubmuş. Amma müqavilə ilə işini davam etdirirmiş. Azı bir il də məktəbdə işləməliymiş: “Hər ay neçə yerə pul ödəyirdi. Bu məsələlərə çox həssas yanaşırdı. İşini vicdanla görürdü. İndi halal pulunu istəyirik, başlarını tuturlar. Deyirlər ki, qanun dəyişib. Eşitdim ki, pensiya fondu məktəbin üstünə atıb. Amma fond üzərinə düşəni eləməliydi. Heç kimdən bizə düşməyən pulu istəmirik. Qanunlar nə deyirsə, o cür olsun”.

Anar Vəlişov anasının yas mərasimləri bitəndən sonra da bir dəfə də Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə gedib. Rəhbərliklə görüşmək mümkün olmayıb: “İki əməkdaşla görüşdüm. Adları yadımda qalmayıb. Yenə onu eşitdim ki, düzələn məsələ deyil. Adam var, dirənir. Mən elə davranmaq istəmədim. Yəni hansısa mənada abrımı gözlədim. Belə də olmaz. Artıq pul istəmirik axı. Haqqımız çatanı versinlər...”

Dia.az xatırladır ki, bir müddət əvvəl anoloji şikayətlə Qazax rayon sakini Qocayeva Nərmin Cəlil qızı da yaşadığı rayonda Dövlət Sosial Müdafiə Fondunun işçilərindən şikayətçi olduğunu bildirmişdi. DİA.AZ-a bu barədə müraciət edən narazı vətəndaş bildirirdi ki, bu il ərzində atası ilə anasını itirib.

"Onsuz da dərdimiz bizə yetərlidir, bir yandan da DSMF işçilərinin özbaşınalığı bizi təngə gətirib. Mərhum atam Qarabağ qazisi olub, artıq qırxı çıxıb. Bunların şərəfsizliyinə bax ki, mərhum atamın 17 ay pensiya almasını qanunsuz elan edərək bu gün bizə düşən ölüm pullarını ödəməkdən imtina edirlər.

Bu azmış kimi, bizi hətta hədələyirlər ki, mərhum atam Qəcayev Cəlil Hüeynəli oğlu guya ki, qanunsuz olaraq 17 ay pensiya alıb və buna görə hüquqi araşdırma başlaya bilər. Halbuki atam bir Qarabağ qazisi olaraq, zabit olaraq məhz bu gün DSMF-də çalışan özbaşına məmurların səbəbindən öz hüquq və imtiyazlarından yararlana bilməyib".

DİA.AZ vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edən Nərmin Qocayeva DSMF işçilərinin cəzalandırılmasını, mərhum valideynlərinin ölüm faktlarına görə nəzərdə tutulan müavinətin verilməsini tələb edir.

Mövzu diqqətimizdədir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı